Dünya Azərbaycanlıları Konqresi ilk gündən izmirlilərin yanındadır

Dünya Azərbaycanlıları Konqresi və İzmirdəki azərbaycanlılar olaraq hər zaman olduğu kimi, indi də qardaşlarımızın yanındayıq. Biz də zəlzələ baş verən an burada idik. Qorxu dolu anlar yaşadıq. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Əlimizdən gəldiyi qədər buradakı işlərə köməklik göstərməyə çalışırıq. Biz hər an, hər yerdə “Bir millət, iki dövlət!” şüarı altında birləşmişik. Azərbaycanın da işğal altındakı torpaqlarını azad etməsi istiqamətində apardığı Vətən müharibəsində hər bir Türkiyə vətəndaşından qardaş dəstəyi görür, hiss edirik. Türkiyə hər zaman Azərbaycanın yanındadır, bu Azərbaycan üçün də belədir. Bu gün dörd yaşındakı qızımızın dağıntılar altından sağ çıxarılmasının şahidi olduq. O an göz yaşlarımızı saxlaya bilməsək də, ümidimiz artdı. Daha çox insanın sağ olaraq çıxarılacağını ümid edirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin sədri Asıf Kurban deyib.

“Azərbaycan-Türkiyə birliyi İzmir zəlzələsindən sonra da özünü sübut etdi. İlk gündən başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı tərəfindən paylaşılan həmrəylik mesajları bunun bariz nümunəsidir. Bu həmrəyliyin bir hissəsi olaraq Türkiyədə fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresi də istər axtarış-xilasetmə işlərində iştirak etmək, istərsə də izmirlilərlə birlik nümayiş etdirmək məqsədilə ilk gündən hadisə yerindədir. Bununla yanaşı, artıq iki gündür DAK tərəfindən evlərini itirən və ya qorxu hissi ilə mənzillərinə girə bilməyən izmirlilərə isti yemək paylanılır”, - deyə DAK sədri vurğulayıb.

əsas linklər