DAK Esasname

 

Dünya Azərbaycanlıları Konqresi
 
Əsasnamə
Ümumi müddəalar.
 
Dünya Azərbaycanlıları Konqresi (qisa olaraq - DAK) ona məxsus Məramnamə, Nizamnamə və bu Əsasnamə əsasında fəaliyyət göstərir. Təşkilatın Məramnaməsində onun məqsəd və məramı, Nizamnaməsində əsas iş prinsipləri, Əsasnaməsində isə Təşkilatın daxili fəaliyyətinin bütün aspektləri öz əksini tapir.
Təşkilatın rəsmi dili azərbaycan türkcəsidir. Bütün təşkilatdaxili yazışmalar və sənədləşmələr bu dildə aparılır. Təşkilatın seçkili orqanlarında və rəhbər vəzifələrində olan şəxslər bu dili mükəmməl bilməlidirlər. Təşkilatın hər bir ölkədə olan bölümləri o ölkənin rəsmi dilindən ikinci dil kimi istifadə edə bilərlər.
Təşkilatın strukturu.
Təşkilat aşağıdakı idarəçilik şəklində fəaliyyət göstərir:
1.     Təşkilatın ali qərarverici orqanı olan - Qurultay.
2.     Qurultaylararası dövrdə Təşkilatı idarə edən – İdarə Heyəti (İH).
3.     İH və Təşkilatın başqa strukturlarının fəaliyyətinə nəzarət edən – Nəzarət Təftiş Komissiyası (NTK).
4.     İH-nin icraedici orqanları olan - Şöbələr.
5.     Ayrı-ayrı problemlər üzrə iş aparan - Komitələr.
6.     Müxtəlif vəzifələri yerinə yetirən - Xidmətlər.
7.     Müxtəlif ölkələrdə , regionlarda və şəhərlərdə Təşkilatın təmsilçiləri olan Bölgə Nümayəndəlikləri.
8.     Müxtəlif ölkələrdə, regionlarda və şəhərlərdə Təşkilatın yerli təşkilatları olan - Bölgə Təşkilatları.
İdarə Heyəti.
İH Təşkilatı qurultaylararası dövrdə idarə edən orqandır. Qəbul olunmuş qaydaya görə İH-nin üzvləri Qurultayda seçilir. İH-nin Qurultaydan sonrakı ilk iclasında İH-nin üzvləri öz aralarından İH-nin Başqanını, Başqanın birinci müavini, İH-nin katibini və maliyyə məsulunu seçir. Başqan vəzifəsi İH üzvləri arasındakı razılaşmaya əsasən növbəti qurultaya qədərki dövr ərzində vaxt bögüsü ilə İH üzvləri arasında bölüşdürülə bilər. Başqanın birinci müavini təşkilati iş üzrə məsuldur və Başqan olmadıqda onu əvəz edir.
İH-nin toplantıları qaydaya görə ayda bir dəfə keçirilir. İH toplantılarını bir qayda olaraq Başqan və ya birinci müavin çağırır. İH-nin toplantılarına Başqan və ya növbəlilik əsasında digər İH uzvlərindən biri sədrlik edir. İH-nin toplantıları açıq və şəffaf keçirilir. Təşkilatın hər bir üzvünün İH-nin toplantılarında müşahidəçi kimi iştirak etməyə haqqı vardır. Şəxsi məsələsi müzakirə olunan şəxsin İH toplantısının ona aid olan hissəsində iştirak etmək və fikrini bildirmək haqqı vardır. Təşkilatın bütün strukturlarının rəhbərlərinin və NTK üzvlərinin hər birinin İH toplantılarında iştirak etmək və söz almaq səlahiyyəti vardır. Təşkilat Şöbəsi (TŞ) və Mətbuat Xidməti rəhbərlərinin İH-nin bütün toplantılarında iştirakı vacibdir. İH toplantılarının gizli keçirilməsi(xüsusi hallardan başqa) və ya hər hansı Təşkilat üzvünün və ya səlahiyyətlisinin toplantıdan uzaqlaşdırılması yolverilməzdir.
İH toplantılarının gündəliyi TŞ tərəfindən, Təşkilatın bütün strukturlarının rəyi nəzərə alınaraq hazırlanır və toplantıya 3 gün qalmış Təşkilatın bütün strukturlarına göndərilir. TŞ gündəliyə salınan hər bir məsələ barəsində hərtərəfli araşdırma aparmalıdır. Dolğun surətdə tərtib olunmamış məsələ gündəliyə salınarsa İH bu məsələyə baxmadan, onu yenidən işlənmək üçün TŞ qaytara bilər.
İH toplantılarında İH üzvlərinin 50% +1 iştirak edirsə toplantı səlahiyyətli sayılır. Toplantıda yetərsay yoxdursa müzakirəyə çıxarılan məsələlər müzakirə olunaraq qərarlar çıxarılır və İH üzvlərinin elektron poçtuna göndərilir. Qərarlara 7 gün ərzində münasibət bildirməyən İH üzvünün səsi qərarların lehinə hesab olunur.
İH-nin toplantılarında qərarlar adi səs çoxluğu ilə qəbul olunur. İH üzvlərinin hər birinin və eləcə də Başqanın bir səsi vardır. Qəbul olunmuş qərarlar Başqan və ya Birinci müavin və İH katibi tərəfindən imzalanır. İH toplantıları İH-nin katibi tərəfindən protokollaşdırılır və bu protokollar 3 gündən gec olmayaraq bütün İH üzvlərinə və TŞ-nə göndərilir.
İH üzvlərinin hər biri müəyyən sahəyə məsul ola bilər. İH üzvləri Təşkilatın təyinatlı vəzifələrində çalışa bilməz, Bölgə Təşkilatlarına və Nümayəndəliklərə rəhbərlik edə bilməzlər.
İH NTK-dan başqa Təşkilatın bütün strukturlarına ümumi rəhbərliyi həyata keçirir, bu strukturların rəhbərlərini təyin edir, Bölgə Təşkilatlarının sədrlərinin səlahiyyətlərini təsdiq edir.
İH Qurultay qarşısında məsuldur, və Qurultaya qurultaylararası dövrdəki fəaliyyətinə görə ətraflı hesabat verir. İH-nin hesabatında hesabat dövründə Təşkilatın NTK-dan başqa bütün strukturlarının fəaliyyəti öz əksini tapmalıdır.
İH-nin Qurultaya hesabatını Təşkilatın bütün strukturlarının rəyini ümumiləşdirərək TŞ hazırlayır. Bu hesabat qurultaydan əvvəl İH-də qəbul olunur və yalnız bundan sonra qurultaya təqdim olunur. Qurultayöncəsi və qurultaysonrası günlərdə, ehtiyac olarsa, İH hər gün öz toplantılarını keçirə bilər. 
 
İH Başqanı.
İH Başqanı Təşkilatın və İH-nin fəaliyyətinə ümumi rəhbərlik edən səxsdir. İH Başqanı Təşkilatın bütün sənədlərində birinci imzaya malikdir. Başqanın və ya onu əvəz edən şəxsin imzası olmayan sənəd hüquqi qüvvəyə malik deyil. 
İH Başqanının birinci müavini.
İH Başqanının birinci müavini eyni zamanda Təşkilatın təşkilati iş üzrə məsuludur və İH Başqanı hər hansı səbəbdən öz vəzifəsini icra edə bilmədikdə, onu əvəz edir. İH Başqanının birinci müavini Təşkilatın təşkilati işlərinə birbaşa məsuldur və bu işi TŞ vasitəsi ilə həyata keçirir. İH Başqanının birinci müavini İH toplantılarını çağırır, TŞ ilə birlikdə bu toplantıların gündəliyini tərtib edir, muzakirəyə çıxarılan məsələləri İH toplantısına təqdim edir. İH Başqanının birinci müavini İH qərarlarının icra olunmasına birbaşa məsuldur.
İH katibi.
İH katibi İH-nin toplantılarını sənədləşdirən şəxsdir. İH katibi İH-nə daxil olan və İH-də qəbul olunan hər bir sənədi rəsmiləşdirməli, bir nüsxəsini İH-nin arxivinə yerləşdirməli, digər nüsxəsini isə 3 gün ərzində Təşkilatın arxivinə göndərməlidir. İH-nin katibi İH toplantılarının bu Əsasnamənin tələblərinə uygun keçirilməsini təmin etməlidir.
Maliyyə məsulu.
Təşkilatın maliyyə məsulu Təşkilatın mülkiyyətini və vəsaitlərini idarə edən şəxsdir. Maliyyə məsulu İH qarşısında məsuldur, İH-nin hər toplantısında Təşkilatın maliyyə vəziyyəti haqqında məlumat verir. Bütün Təşkilat səlahiyyətliləri apardıqları maliyyə əməliyyatları barədə Maliyyə məsuluna dərhal məlumat verməlidirlər. Təşkilatın maliyyə arxivi Maliyyə məsulunda saxlanılır və o, bu sənədlərin təhlükəsizliyinə cavabdehdir.Maliyyə məsulu bütün maliyyə sənədlərində tələb olunan iki imzadan ikincisinə malikdir.
Nəzarət Təftiş Komissiyası.
NTK Təşkilatın nəzarət orqanı olaraq Qurultayın müəyyən etdiyi sayda Qurultay tərəfindən seçilir. NTK üzvləri növbə ilə komissiyaya sədrlik edirlər. NTK-nın toplantıları ehtiyaca görə 3 ayda bir dəfədən az olmamaq şərtiylə sədr tərəfindən çagırılır. NTK-nın toplantıları qapalı keçirilə bilər. Eyni zamanda, şəxsi işinə baxılan Təşkilat üzvünün və ya səlahiyyətlisinin toplantının ona aid olan hissəsində iştirakı təmin olunmalıdır. NTK öz fəaliyyəti haqqında İH-ə məlumat, Qurultaya isə hesabat verir. Qurultaya təqdim olunan hesabat komissiyanın 50%+1 üzvü tərəfindən imzalanmalıdır.
NTK-nın vəzifəsi Təşkilatın bütün strukturlarının işinə nəzarət etmək, Təşkilatın məramına, Nizamnaməsinə və Əsasnaməsinə zidd hərəkətlərə yol verilməsinin qarşısını almaqdır. NTK öz işində Hüquq şöbəsinin və başqa strukturlarin rəyindən istifadə edə bilər.
 
Şöbələr.
Təşkilat şöbəsi.
TŞ Təşkilatın bütün təşkilati işlərinə cavabdeh olan bir qurumdur. TŞ Təşkilatın bütün sənədləşmə işlərini icra edir və arxivləşdirir. TŞ Təşkilatın bütün strukturlarının rəyini toplayaraq, Təşkilatın fəaliyyət proqramını hazırlayır və bu proqramın icrasını təşkil edir. İH toplantılarına çıxarılacaq məsələlər TŞ hazırlanır. TŞ Təşkilata üzv olmaq istəyən şəxslərə Təşkilata üzvlük üçün vacib olan sənədləri göndərir, onların ərizələrini və anketlərini, eləcə də Təşkilatın hər hansı bir üzvünün və ya strukturunun bu şəxs haqqında müsbət rəyini qəbul edib, üzvlüyə qəbul barədə qərar çıxarılması üçün İH-ə təqdimat verir. 
Təşkilat üzvünün Təşkilatdan çıxarılması barədə təqdimat həmçinin TŞ tərəfindən verilir. NTK-nın bu haqda rəyi təqdimata əlavə edilərək İH təqdim olunmalıdır.
TŞ Təşkilat üzvlərinə və strukturlarına Təşkilatın təşkilati işləri barədə daimi məlumat verməli, təşkil etdiyi konfrans, forum, qurultay və digər tədbirlərdə Təşkilat üzvlərinin dolğun surətdə iştirakını təmin etməlidir.
TŞ Təşkilatın bütün idarəedici strukturlarının – Şöbələrin, Komitələrin, Xidmətlərin, Bölgə Nümayəndəliklərinin, Bölgə Təşkilatlarının işini əlaqələndirir. Təşkilatın bu strukturları daim TŞ-ə öz fəaliyyətləri barədə rəsmi məlumat verirlər.
Təşkilatın bütün tədbirlərinin bu Əsasnaməyə uyğun hazırlanması və keçirilməsi üçün TŞ tam məsuliyyət daşıyır.
TŞ və onun rəhbəri İH qarşısında cavabdehdir. 
Bölgə nümayəndəlikləri.
Bölgə nümayəndəlikləri Təşkilatın yerli strukturları olub, İH-nin müvafiq qərarı ilə bu və ya başqa regionda (ölkədə, şəhərdə) fəal iş aparılması məqsədiylə yaradılır. Bölgə nümayəndəliyi həmin regionda (ölkədə, şəhərdə) Təşkilatın yerli strukturudur və Təşkilatın bütün funksiyalarını yerinə yetirir.  Bölgə nümayəndəliyinin rəhbəri İH tərəfindən təyin olunur və İH qarşısında cavabdehdir. 
Bölgə təşkilatları.
Bölgə təşkilatları ayrı-ayrı regionlarda (ölkələrdə, şəhərlərdə) Təşkilatın yerli üzvləri tərəfindən yaradılmış yerli təşkilatlardır. Bölgə təşkilatlarının yaradılması həmin regionun (ölkənin, şəhərin) Təşkilat üzvlərinin təşəbbüsü ilə yaradılır və bu barədə Təşkilatın İH məlumat verilir. İH Bölgə Təşkilatının yaradılması qərarı verərsə, TŞ və Bölgə Nümayəndəliyinin köməyi ilə Bölgə Təşkilatının formalaşmasına başlanir. Bölgə Təşkilatının strukturu və formalaşması prosesi eynidir. Bölgə Təşkilatının İH-nin sədrinin səlahiyyətləri Təşkilatın İH tərəfindən təsdiq olunmalıdır. İH-nin müvafiq qərarı mənfi olarsa Bölgə Təşkilatının İH yeni sədr seçərək Təşkilatın İH-ə yeni təqdimat verməlidir.
Qurultay.
Qurultay Təşkilatın ali orqanı olaraq 2 ildə bir dəfədən gec olmayaraq keçirilir. Zərurət yarandıqda İH-nin qərarı ilə istənilən vaxt növbədənkənar fövqəladə Qurultay çağırıla bilər. Qurultayın çağırılması qaydası Nizamnamədə nəzərdə tutulduğu kimi, İH-nin müvafiq qərarı ilə həyata keçirilir. 2 il ərzində İH Qurultay çağırmazsa və ya hər hansı başqa səbəbdən Qurultay çağırılmasına ehtiyac olarsa və İH Qurultay çağırmaqdan imtina edərsə, Təşkilat üzvlərinin 1/3-nin imzası ilə yaradılmış təşəbbüs qrupu Qurultay çağıra bilər.
İH Qurultay çağırılması qərarını 6 ay əvvəldən çıxarır və TŞ-nə vəzifə olaraq tapşırır. TŞ Qurultayın keçiriləcəyi tarixi və yeri araşdırib müəyyən etməklə İH-ə 1 ay müddətində təklif verir.
Qurultaya nümayəndələrin seçilməsi Təşkilatın üzvlərinin sayına uyğun olaraq  İH tərəfindən müəyyənləşir. 
Numayəndəliklər və Bölgə Təşkilatları onlara ayrılmış limit çərçivəsində nümayəndələr seçərək 2 ay öncədən nümayəndə siyahılarını TŞ təqdim edirlər. TŞ öz növbəsində bu siyahıları araşdıraraq  nümayəndələrə rəsmi dəvətnamə göndərir. Nümayəndə siyahılarında adı keçmiş Təşkilat üzvlərindən hər hansının Təşkilat üzvlüyündən çıxarılma məsələsi gündəlikdədirsə və ya bu siyahılar araşdırıldığı ana qədər üzvlük haqqını ödəməmişsə TŞ bu şəxsi siyahıdan çıxarır və bu zaman siyahılarda boşalmış yerlər itirilmiş olur. Hər bir nümayəndə Qurultayda iştirakı ilə bağlı işləri, o c. otel xərci və digər ödəmələri Qurultay keçiriləcək tarixdən 30 gün öncə bitirməlidir. Əks təqdirdə bu nümayəndələr öz haqlarını itirmiş olurlar. Bu halda da boşalmış yerlər doldurulmur. Qurultaya toplaşan nümayəndələrin qarşılanması və yerləşdirilməsi TŞ birbaşa vəzifəsidir.
Qurultayın keçirildiyi salon demokratik şəraitdə diskussiya aparmaq, gizli seçkilər keçirmək, Qurultayın gedişini birbaşa yayınlamaq və s. üçün yararlı olmalıdır. Qurultay salonunda səsgücləndirici sistemlər hər bir nümayəndənin yararlana biləcəyi şəkildə qurulmalıdır. Qurultay salonunun bədii tərtibatı Təşkilatın məramına uyğun şəkildə qurulmalıdır. Qurultayda iştirak edən nümayəndələr müxtəlif ölkələrin vətəndaşları olduğuna və DAK bir beynəlxalq təşkilat olduğuna görə salonda qurultay keçirilən ölkənin, həmçinin Azərbaycandan başqa heç bir dövlətin dövlət atributlarından istifadə oluna bilməz, yalnız Təşkilatın öz loqotipi və bayrağı asıla və himni səsləndirilə bilər.
Qurultay günü Qurultayın rəsmi açılışından 3 saat əvvəl nümayəndələrin qeydiyyatı və fərdi mandatlarını göturmələri başlanmalı və rəsmi açılışa 45 dəqiqə qalmış başa çatmalıdır. Rəsmi açılışa qədər qalmış 45 dəqiqə ərzində TŞ səsvermə hüququ olan Qurultay iştirakçılarının sayı və tərkibi barədə hesabat hazırlamalı və Qurultaya bu barədə rəsmi hesabat verməlidir. TŞ-nin hesabatına görə salonda iştirak edən nümayəndələrin sayı nəzərdə tutulmuş nümayəndə sayının 50%-dən azdırsa Qurultay 3 saat ertələnir. Yenidən toplaşdıqda yenə yetərsay olmazsa Qurultay başqa vaxta keçirilir. Nəzərdə tutulmuş nümayəndə sayının 50%-i salonda iştirak edirsə, nümayəndələr açıq səsvermə yolu ilə Qurultayin işə başlaması barədə qərar verirlər. 
Sonra Qurultayin 5 nəfərdən ibarət Divanı seçilir. Divan üzvlüyünə seçiləcək şəxslərin namizədliyi Qurultay nümayəndələri tərəfindən verilir və Divan üzvlərinin hər biri açıq səsvermə yolu ilə seçilir. Divan Qurultayı rəsmi olaraq açıq elan edir və Qurultayın gündəliyinin tərtib olunmasını təklif edir. TŞ təqdim etdiyi gündəlik layihəsi və Qurultay iştirakçılarının təklifləri aşıq səsvermə yolu ilə səsə qoyularaq Qurultayın gündəliyi formalaşdırılır. Bu andan etibarən kimsənin gündəlikdən kənara çıxmasına yol verilmir.
Qurultayın gündəliyi bu şəkildə formalaşmalıdır:
1.     İH-nin hesabatı – maksimum 30 dəqiqə.
2.     Hesabatın müzakirəsi və qəbul olunması – maksimum 60 dəqiqə.
3.     NTK-nın hasabatı – maksimum 20 dəqiqə.
4.     Hesabatın müzakirəsi və qəbul olunması – maksimum 30 dəqiqə.
5.     Seçkilər – maksimum 3 saat.
6.     Digər məsələlər – maksimum 8 saat.
7.     Qurultayın qərarlarının və sənədlərinin müzakirəsi – maksimum 2 saat.
Bu umumi şablon çərçivəsində Qurultay istənilən gündəliyi qəbul edə bilər. 
Gündəlik təsdiq olunduqdan sonra Qurultayın yekun sənədlərini tərtib edəcək 3 nəfərdən ibarət redaksiya heyəti açıq səsvermə yolu ilə seçilir. Redaksiya heyəti seçilən andan etibarən Qurultayın sənədlərinin tərtibinə başlayır.
İH-nin hesabatı Başqan və ya İH üzvlərindən biri tərəfindən təqdim olunur. İH-nin
Hesabatı hesabat dövründə Təşkilatın fəaliyyətini tam şəkildə əks etdirməli, Təşkilatın bütün struktularının fəaliyyəti barədə, Təşkilatın maliyyə vəziyyəti barədə müfəssəl məlumat verməlidir. Hesabat ətraflı surətdə müzakirə olunmalı və Qurultay tərəfindən qəbul olunmalıdır.
NTK-nın hesabatını Komissiyanın sədri və ya üzvlərindən biri təqdim edir. Hesabatda Təşkilatın bütün strukturlarının fəaliyyətinə qiymət verilməli, Təşkilatın məramına zidd olan, Nizamnamə və Əsasnamədə əks olunmuş müddəaları pozan hər bir struktur və ya Təşkilat üzvünün hərəkətlərinə konkret qiymət, bu hərəkətlərin qarşısının alınması üçün təkliflər verilməlidir. Hesabat ətraflı surətdə müzakirə olunmalı və Qurultay tərəfindən qəbul olunmalıdır.
Təşkilatın seçkili orqanları olan İH və NTK-na seçkilər gizli səsvermə yolu ilə və alternativli keçirilir. Seçkilərə başlamaq üçün 3 nəfərdən ibarət say komissiyası seçilir. Say komissiyasının üzvləri Qurultay iştirakçıları tərəfindən namizədlikləri irəli sürülmüş şəxslər içərisindən açıq səsvermə yolu ilə seçilir. İH və NTK-ya namizədlikləri irəli sürülmüş şəxslərin adlarının siyahıya salınıb-salınmaması açıq səsvermə yolu ilə müəyyən olunur. Səsvermə bülletenlərinə seçiləcək İH və NTK üzvlərinin sayından artıq olmaqla namizədlərin adı soyadlarının baş hərfləri ilə azərbaycan əlifba sırasıyla yazılır. Salonda iştirak edən nümayəndələrin yenidən sayılmasından sonra fasilə elan olunur, nümayəndələrin sayı qədər səsvermə bülleteni hazırlanır, nömrələnir, say komissiyasının üzvləri tərəfindən imzalanır. Fasilədən qayıdan nümayəndələr mandatlarını təqdim edərək bülleten alır, əleyhinə səs verdikləri namizədlərin adlarını siyahıdan pozaraq bülleteni xüsusi qutuya atırlar. Bu prosedur bitdikdən sonra say komissiyası səsvermə qutusunu açaraq namizədlərin topladıqları səsləri hesablayır. Ən çox səs toplamış şəxslər seçilmiş hesab olur. 50%-dən az səs toplamış namizədlər İH və NTK-na seçilə bilməzlər. Əgər 50%-dən çox səs toplamış namizədlərin sayı İH və NTK üzvlərinin sayından az olarsa boş qalmış yerlərə təkrar seçkilər keçirilməlidir. Təkrar seçkilər eyni qaydada keçirilir.
Cari məsələlər.
Qurultayın bu bölümündə müxtəlif məsələlər müzakirə olunur, qurultay nümayəndələrinin təkliflərinə baxılır. 
Qurultayın qərarlarının və sənədlərinin müzakirəsi.
Redaksiya heyəti Qurultayın sonunda hazırladığı sənədləri Qurultaya təqdim edir. Qurultayın sənədləri Qurultayda açıq səsvermə yolu ilə qəbul olunur, Divan başqanı tərəfindən imzalanır və Qurultaydan sonra TŞ tərəfindən rəsmiləşdirilərək 7 gündən gec olmayaraq yayılır. Qurultayın sənədlərində Qurultaydan sonra heç bir prinsipial dəyişiklik edilə bilməz, yalniz redaktə xarakterli dəyişikliklər oluna bilər.
Təşkilatda üzvlük.
18 yaşına çatmış, Təşkilatın prinsiplərini, Məramını, Nizamnaməsini və Əsasnaməsini qəbul edən, müəyyən edilmiş üzvlükhaqqı ödəyən hər bir azərbaycanlı DAK-ın üzvü ola bilər. Təşkilata üzv olmaq istəyən şəxs Təşkilatın hər hansı yetkilisinə müraciət etdikdən sonra bu müraciət TŞ göndərilir. 
Üzvluk sənədləri paketi aşağıdakılardır:
     1. Ərizə forması.
2. DAK haqqında məlumat.
3. Təşkilatın Məramnaməsi.
4. Təşkilatın Nizamnaməsi.
Təşkilatın Əsasnaməsi.
Anket forması.
 DAK təsübkeşi Ərizə və Anketi dolduraraq istədiyi vasitə ilə (elektron, faks, poçt) TŞ-ə göndərir. TŞ öz növbəsində bu şəxsin sənədlərini və bu şəxs haqqında Təşkilatın hər hansı bir üzvü və ya strukturu tərəfindən verilmiş təqdimatı üzvlüyə qəbul üçün İH təqdim edir. İH müvafiq qərar qəbul etdikdən sonra TŞ həmin şəxsə Təşkilata üzv qəbul olunduğu haqqında İH qərarını göndərərək, illik üzvlük haqqını ödəmək üçün 30 gün vaxt verir. Üzvlük haqqı ödəndikdən sonra həmin şəxs ərizəsinin TŞ-ə daxil olduğu gündən Təşkilatın üzvü hesab olunur və həmin şəxsə 30 gün ərzində üzvlük bileti göndərilir. Verilmiş müddət ərzində üzvlük haqqı ödənməzsə üzvlük haqqında qərar qüvvədən düşmüş hesab olunur.
Təşkilat üzvlərinin hər biri Təşkilatın müvafiq bürosu, nümayəndəliyi və ya bölgə təşkilatında qeydiyyatda olmalı, Təşkilatın işində iştirak etməlidir. Təşkilatın hər bir üzvü, üzvlük qərarı qüvvəyə minən gündən Təşkilatın seçkili orqanlarına seçmək və seçilmək hüququna malikdir. Hər bir Təşkilat üzvü Təşkilatın fəaliyyəti barədə istənilən informasiyanı almaq hüququna malikdir. Təşkilat üzvü Təşkilatın məram və məqsədinə zidd hərəkət edə bilməz, Nizamnamə və Əsasnamənin müddəalarını poza bilməz. 
Təşkilata hər hansı formada zərər vurmuş Təşkilat üzvü üzvlükdən çıxarıla bilər. Bu zaman bu şəxsin üzvlükdən çıxarılması təklifi TŞ tərəfindən əsaslandırılaraq İH təqdimat verilir. İH-nin müvafiq qərarı verilən gündən həmin şəxs Təşkilat üzvlüyündən çıxarılmış hesab olunur. Üzvlükdən çıxarılma barədə bu qərarın həmin şəxsə çatdırıldığı gündən başlayaraq 10 gün ərzində NTK-na şikayət verilə bilər. Şikayətin qəbul olunması və baxılması İH qərarının qüvvədən düşməsi demək deyildir. Əgər NTK üzvlükdən çıxarılma prosesində Nizamnamə, Əsasnamə və ya prosedur pozuntusu taparsa, bu məsələnin İH yenidən baxılmasını istəyə bilər. Bu halda İH üzvlükdən çıxarılmış şəxsin işinə bir daha baxmağa borcludur. Üzvlükdən çıxarılma barədə ikinci dəfə şikayət verilə bilməz. 
Üzvlükdən könüllü olaraq çıxmış, kənar edilmiş və ya üzvlüyü qüvvədən düşmüş şəxs 12 ay ərzində Təşkilata yenidən üzv ola bilməz. Təşkilata təkrar üzvlük eyni qaydada həyata keçirilir. Üzvlükdən könüllü olaraq çıxmış, kənar edilmiş və ya üzvlüyü qüvvədən düşmüş şəxsin ödədiyi üzvlük haqqı, başqa ödəmələri və ya ianəsi həcmindən və nə vaxt ödəndiyindən asılı olmayaraq geri qaytarılmır.
Təşkilatın arxivi.
Təşkilatın arxivi TŞ-də saxlanılır. Təşkilatın bütün strukturları, o c. İH və NTK hər bir yeni sənədi 3 gündən gec olmayaraq TŞ göndərməlidirlər. TŞ qeydiyyatdan keçirdiyi hər bir sənədi məlumat olaraq Təşkilatın bütün strukturlarına göndərir. Təşkilatın hər bir üzvü TŞ-nə müraciət edərək, istənilən sənədin surətini tələb edə bilər. TŞ belə müraciətlərə 10 gün ərzində cavab verməlidir. 
Təşkilatın təmsil olunması.
Təşkilatın adından, möhüründən və loqotipindən İH qərarı və aidiyyətli strukturların rəyi olmadan kimsə istifadə edə bilməz. Təşkilat adından ancaq İH-nin qüvvədə olan Başqanı, Başqanın birinci müavini və Mətbuat Xidmətinin rəhbəri bəyanat vermək səlahiyyətindədirlər. Başqa Təşkilat səlahiyyətlilərinin, o c. İH və NTK üzvlərinin bəyanaları onların şəxsi bəyənatları hesab olunur. MX-nin rəhbəri həm də Təşkilat sözcüsüdür.
Təşkilatın əsas sənədlərinə (Məramnamə, Nizamnamə, Əsasnamə) dəyişikliklər edilməsi. 
Təşkilatın əsas sənədlərinə (Məramnamə, Nizamnamə, Əsasnamə) dəyişikliklər əsaslı surətdə hazırlanır və İH və ya Qurultay nümayəndələrinin bir qrupu tərəfindən Qurultaya təqdim olunur. Bu dəyişikliklər Qurultay tərəfindən ancaq 2/3 səslə qəbul oluna bilər. 
Təşkilatın ləğv olunması.
Təşkilatın ləğv olunması Qurultay və ya məhkəmə qərarı ilə həyata keçirilə bilər.
Qeyd: 
Bu Əsasnamə qəbul olunduqdan sonra yaranmiş hər hansı yeni strukturun fəaliyyəti və ya tədbirlərin keçirilməsi qaydası haqqında ayrıca Əsasnamə hazırlanaraq bu Əsasnaməyə əlavə oluna bilər. 

Dünya Azərbaycanlıları Konqresi Əsasnamə
Ümumi müddəalar. Dünya Azərbaycanlıları Konqresi (qisa olaraq - DAK) ona məxsus Məramnamə, Nizamnamə və bu Əsasnamə əsasında fəaliyyət göstərir. Təşkilatın Məramnaməsində onun məqsəd və məramı, Nizamnaməsində əsas iş prinsipləri, Əsasnaməsində isə Təşkilatın daxili fəaliyyətinin bütün aspektləri öz əksini tapir.Təşkilatın rəsmi dili azərbaycan türkcəsidir. Bütün təşkilatdaxili yazışmalar və sənədləşmələr bu dildə aparılır. Təşkilatın seçkili orqanlarında və rəhbər vəzifələrində olan şəxslər bu dili mükəmməl bilməlidirlər. Təşkilatın hər bir ölkədə olan bölümləri o ölkənin rəsmi dilindən ikinci dil kimi istifadə edə bilərlər.
Təşkilatın strukturu.Təşkilat aşağıdakı idarəçilik şəklində fəaliyyət göstərir:1.     Təşkilatın ali qərarverici orqanı olan - Qurultay.2.     Qurultaylararası dövrdə Təşkilatı idarə edən – İdarə Heyəti (İH).3.     İH və Təşkilatın başqa strukturlarının fəaliyyətinə nəzarət edən – Nəzarət Təftiş Komissiyası (NTK).4.     İH-nin icraedici orqanları olan - Şöbələr.5.     Ayrı-ayrı problemlər üzrə iş aparan - Komitələr.6.     Müxtəlif vəzifələri yerinə yetirən - Xidmətlər.7.     Müxtəlif ölkələrdə , regionlarda və şəhərlərdə Təşkilatın təmsilçiləri olan Bölgə Nümayəndəlikləri.8.     Müxtəlif ölkələrdə, regionlarda və şəhərlərdə Təşkilatın yerli təşkilatları olan - Bölgə Təşkilatları.İdarə Heyəti.İH Təşkilatı qurultaylararası dövrdə idarə edən orqandır. Qəbul olunmuş qaydaya görə İH-nin üzvləri Qurultayda seçilir. İH-nin Qurultaydan sonrakı ilk iclasında İH-nin üzvləri öz aralarından İH-nin Başqanını, Başqanın birinci müavini, İH-nin katibini və maliyyə məsulunu seçir. Başqan vəzifəsi İH üzvləri arasındakı razılaşmaya əsasən növbəti qurultaya qədərki dövr ərzində vaxt bögüsü ilə İH üzvləri arasında bölüşdürülə bilər. Başqanın birinci müavini təşkilati iş üzrə məsuldur və Başqan olmadıqda onu əvəz edir.İH-nin toplantıları qaydaya görə ayda bir dəfə keçirilir. İH toplantılarını bir qayda olaraq Başqan və ya birinci müavin çağırır. İH-nin toplantılarına Başqan və ya növbəlilik əsasında digər İH uzvlərindən biri sədrlik edir. İH-nin toplantıları açıq və şəffaf keçirilir. Təşkilatın hər bir üzvünün İH-nin toplantılarında müşahidəçi kimi iştirak etməyə haqqı vardır. Şəxsi məsələsi müzakirə olunan şəxsin İH toplantısının ona aid olan hissəsində iştirak etmək və fikrini bildirmək haqqı vardır. Təşkilatın bütün strukturlarının rəhbərlərinin və NTK üzvlərinin hər birinin İH toplantılarında iştirak etmək və söz almaq səlahiyyəti vardır. Təşkilat Şöbəsi (TŞ) və Mətbuat Xidməti rəhbərlərinin İH-nin bütün toplantılarında iştirakı vacibdir. İH toplantılarının gizli keçirilməsi(xüsusi hallardan başqa) və ya hər hansı Təşkilat üzvünün və ya səlahiyyətlisinin toplantıdan uzaqlaşdırılması yolverilməzdir.İH toplantılarının gündəliyi TŞ tərəfindən, Təşkilatın bütün strukturlarının rəyi nəzərə alınaraq hazırlanır və toplantıya 3 gün qalmış Təşkilatın bütün strukturlarına göndərilir. TŞ gündəliyə salınan hər bir məsələ barəsində hərtərəfli araşdırma aparmalıdır. Dolğun surətdə tərtib olunmamış məsələ gündəliyə salınarsa İH bu məsələyə baxmadan, onu yenidən işlənmək üçün TŞ qaytara bilər.İH toplantılarında İH üzvlərinin 50% +1 iştirak edirsə toplantı səlahiyyətli sayılır. Toplantıda yetərsay yoxdursa müzakirəyə çıxarılan məsələlər müzakirə olunaraq qərarlar çıxarılır və İH üzvlərinin elektron poçtuna göndərilir. Qərarlara 7 gün ərzində münasibət bildirməyən İH üzvünün səsi qərarların lehinə hesab olunur.İH-nin toplantılarında qərarlar adi səs çoxluğu ilə qəbul olunur. İH üzvlərinin hər birinin və eləcə də Başqanın bir səsi vardır. Qəbul olunmuş qərarlar Başqan və ya Birinci müavin və İH katibi tərəfindən imzalanır. İH toplantıları İH-nin katibi tərəfindən protokollaşdırılır və bu protokollar 3 gündən gec olmayaraq bütün İH üzvlərinə və TŞ-nə göndərilir.İH üzvlərinin hər biri müəyyən sahəyə məsul ola bilər. İH üzvləri Təşkilatın təyinatlı vəzifələrində çalışa bilməz, Bölgə Təşkilatlarına və Nümayəndəliklərə rəhbərlik edə bilməzlər.İH NTK-dan başqa Təşkilatın bütün strukturlarına ümumi rəhbərliyi həyata keçirir, bu strukturların rəhbərlərini təyin edir, Bölgə Təşkilatlarının sədrlərinin səlahiyyətlərini təsdiq edir.İH Qurultay qarşısında məsuldur, və Qurultaya qurultaylararası dövrdəki fəaliyyətinə görə ətraflı hesabat verir. İH-nin hesabatında hesabat dövründə Təşkilatın NTK-dan başqa bütün strukturlarının fəaliyyəti öz əksini tapmalıdır.İH-nin Qurultaya hesabatını Təşkilatın bütün strukturlarının rəyini ümumiləşdirərək TŞ hazırlayır. Bu hesabat qurultaydan əvvəl İH-də qəbul olunur və yalnız bundan sonra qurultaya təqdim olunur. Qurultayöncəsi və qurultaysonrası günlərdə, ehtiyac olarsa, İH hər gün öz toplantılarını keçirə bilər.  İH Başqanı.İH Başqanı Təşkilatın və İH-nin fəaliyyətinə ümumi rəhbərlik edən səxsdir. İH Başqanı Təşkilatın bütün sənədlərində birinci imzaya malikdir. Başqanın və ya onu əvəz edən şəxsin imzası olmayan sənəd hüquqi qüvvəyə malik deyil. İH Başqanının birinci müavini.İH Başqanının birinci müavini eyni zamanda Təşkilatın təşkilati iş üzrə məsuludur və İH Başqanı hər hansı səbəbdən öz vəzifəsini icra edə bilmədikdə, onu əvəz edir. İH Başqanının birinci müavini Təşkilatın təşkilati işlərinə birbaşa məsuldur və bu işi TŞ vasitəsi ilə həyata keçirir. İH Başqanının birinci müavini İH toplantılarını çağırır, TŞ ilə birlikdə bu toplantıların gündəliyini tərtib edir, muzakirəyə çıxarılan məsələləri İH toplantısına təqdim edir. İH Başqanının birinci müavini İH qərarlarının icra olunmasına birbaşa məsuldur.İH katibi.İH katibi İH-nin toplantılarını sənədləşdirən şəxsdir. İH katibi İH-nə daxil olan və İH-də qəbul olunan hər bir sənədi rəsmiləşdirməli, bir nüsxəsini İH-nin arxivinə yerləşdirməli, digər nüsxəsini isə 3 gün ərzində Təşkilatın arxivinə göndərməlidir. İH-nin katibi İH toplantılarının bu Əsasnamənin tələblərinə uygun keçirilməsini təmin etməlidir.Maliyyə məsulu.Təşkilatın maliyyə məsulu Təşkilatın mülkiyyətini və vəsaitlərini idarə edən şəxsdir. Maliyyə məsulu İH qarşısında məsuldur, İH-nin hər toplantısında Təşkilatın maliyyə vəziyyəti haqqında məlumat verir. Bütün Təşkilat səlahiyyətliləri apardıqları maliyyə əməliyyatları barədə Maliyyə məsuluna dərhal məlumat verməlidirlər. Təşkilatın maliyyə arxivi Maliyyə məsulunda saxlanılır və o, bu sənədlərin təhlükəsizliyinə cavabdehdir.Maliyyə məsulu bütün maliyyə sənədlərində tələb olunan iki imzadan ikincisinə malikdir.Nəzarət Təftiş Komissiyası.NTK Təşkilatın nəzarət orqanı olaraq Qurultayın müəyyən etdiyi sayda Qurultay tərəfindən seçilir. NTK üzvləri növbə ilə komissiyaya sədrlik edirlər. NTK-nın toplantıları ehtiyaca görə 3 ayda bir dəfədən az olmamaq şərtiylə sədr tərəfindən çagırılır. NTK-nın toplantıları qapalı keçirilə bilər. Eyni zamanda, şəxsi işinə baxılan Təşkilat üzvünün və ya səlahiyyətlisinin toplantının ona aid olan hissəsində iştirakı təmin olunmalıdır. NTK öz fəaliyyəti haqqında İH-ə məlumat, Qurultaya isə hesabat verir. Qurultaya təqdim olunan hesabat komissiyanın 50%+1 üzvü tərəfindən imzalanmalıdır.NTK-nın vəzifəsi Təşkilatın bütün strukturlarının işinə nəzarət etmək, Təşkilatın məramına, Nizamnaməsinə və Əsasnaməsinə zidd hərəkətlərə yol verilməsinin qarşısını almaqdır. NTK öz işində Hüquq şöbəsinin və başqa strukturlarin rəyindən istifadə edə bilər. Şöbələr.Təşkilat şöbəsi.TŞ Təşkilatın bütün təşkilati işlərinə cavabdeh olan bir qurumdur. TŞ Təşkilatın bütün sənədləşmə işlərini icra edir və arxivləşdirir. TŞ Təşkilatın bütün strukturlarının rəyini toplayaraq, Təşkilatın fəaliyyət proqramını hazırlayır və bu proqramın icrasını təşkil edir. İH toplantılarına çıxarılacaq məsələlər TŞ hazırlanır. TŞ Təşkilata üzv olmaq istəyən şəxslərə Təşkilata üzvlük üçün vacib olan sənədləri göndərir, onların ərizələrini və anketlərini, eləcə də Təşkilatın hər hansı bir üzvünün və ya strukturunun bu şəxs haqqında müsbət rəyini qəbul edib, üzvlüyə qəbul barədə qərar çıxarılması üçün İH-ə təqdimat verir. Təşkilat üzvünün Təşkilatdan çıxarılması barədə təqdimat həmçinin TŞ tərəfindən verilir. NTK-nın bu haqda rəyi təqdimata əlavə edilərək İH təqdim olunmalıdır.TŞ Təşkilat üzvlərinə və strukturlarına Təşkilatın təşkilati işləri barədə daimi məlumat verməli, təşkil etdiyi konfrans, forum, qurultay və digər tədbirlərdə Təşkilat üzvlərinin dolğun surətdə iştirakını təmin etməlidir.TŞ Təşkilatın bütün idarəedici strukturlarının – Şöbələrin, Komitələrin, Xidmətlərin, Bölgə Nümayəndəliklərinin, Bölgə Təşkilatlarının işini əlaqələndirir. Təşkilatın bu strukturları daim TŞ-ə öz fəaliyyətləri barədə rəsmi məlumat verirlər.Təşkilatın bütün tədbirlərinin bu Əsasnaməyə uyğun hazırlanması və keçirilməsi üçün TŞ tam məsuliyyət daşıyır.TŞ və onun rəhbəri İH qarşısında cavabdehdir. Bölgə nümayəndəlikləri.Bölgə nümayəndəlikləri Təşkilatın yerli strukturları olub, İH-nin müvafiq qərarı ilə bu və ya başqa regionda (ölkədə, şəhərdə) fəal iş aparılması məqsədiylə yaradılır. Bölgə nümayəndəliyi həmin regionda (ölkədə, şəhərdə) Təşkilatın yerli strukturudur və Təşkilatın bütün funksiyalarını yerinə yetirir.  Bölgə nümayəndəliyinin rəhbəri İH tərəfindən təyin olunur və İH qarşısında cavabdehdir. Bölgə təşkilatları.Bölgə təşkilatları ayrı-ayrı regionlarda (ölkələrdə, şəhərlərdə) Təşkilatın yerli üzvləri tərəfindən yaradılmış yerli təşkilatlardır. Bölgə təşkilatlarının yaradılması həmin regionun (ölkənin, şəhərin) Təşkilat üzvlərinin təşəbbüsü ilə yaradılır və bu barədə Təşkilatın İH məlumat verilir. İH Bölgə Təşkilatının yaradılması qərarı verərsə, TŞ və Bölgə Nümayəndəliyinin köməyi ilə Bölgə Təşkilatının formalaşmasına başlanir. Bölgə Təşkilatının strukturu və formalaşması prosesi eynidir. Bölgə Təşkilatının İH-nin sədrinin səlahiyyətləri Təşkilatın İH tərəfindən təsdiq olunmalıdır. İH-nin müvafiq qərarı mənfi olarsa Bölgə Təşkilatının İH yeni sədr seçərək Təşkilatın İH-ə yeni təqdimat verməlidir.Qurultay.Qurultay Təşkilatın ali orqanı olaraq 2 ildə bir dəfədən gec olmayaraq keçirilir. Zərurət yarandıqda İH-nin qərarı ilə istənilən vaxt növbədənkənar fövqəladə Qurultay çağırıla bilər. Qurultayın çağırılması qaydası Nizamnamədə nəzərdə tutulduğu kimi, İH-nin müvafiq qərarı ilə həyata keçirilir. 2 il ərzində İH Qurultay çağırmazsa və ya hər hansı başqa səbəbdən Qurultay çağırılmasına ehtiyac olarsa və İH Qurultay çağırmaqdan imtina edərsə, Təşkilat üzvlərinin 1/3-nin imzası ilə yaradılmış təşəbbüs qrupu Qurultay çağıra bilər.İH Qurultay çağırılması qərarını 6 ay əvvəldən çıxarır və TŞ-nə vəzifə olaraq tapşırır. TŞ Qurultayın keçiriləcəyi tarixi və yeri araşdırib müəyyən etməklə İH-ə 1 ay müddətində təklif verir.Qurultaya nümayəndələrin seçilməsi Təşkilatın üzvlərinin sayına uyğun olaraq  İH tərəfindən müəyyənləşir. Numayəndəliklər və Bölgə Təşkilatları onlara ayrılmış limit çərçivəsində nümayəndələr seçərək 2 ay öncədən nümayəndə siyahılarını TŞ təqdim edirlər. TŞ öz növbəsində bu siyahıları araşdıraraq  nümayəndələrə rəsmi dəvətnamə göndərir. Nümayəndə siyahılarında adı keçmiş Təşkilat üzvlərindən hər hansının Təşkilat üzvlüyündən çıxarılma məsələsi gündəlikdədirsə və ya bu siyahılar araşdırıldığı ana qədər üzvlük haqqını ödəməmişsə TŞ bu şəxsi siyahıdan çıxarır və bu zaman siyahılarda boşalmış yerlər itirilmiş olur. Hər bir nümayəndə Qurultayda iştirakı ilə bağlı işləri, o c. otel xərci və digər ödəmələri Qurultay keçiriləcək tarixdən 30 gün öncə bitirməlidir. Əks təqdirdə bu nümayəndələr öz haqlarını itirmiş olurlar. Bu halda da boşalmış yerlər doldurulmur. Qurultaya toplaşan nümayəndələrin qarşılanması və yerləşdirilməsi TŞ birbaşa vəzifəsidir.Qurultayın keçirildiyi salon demokratik şəraitdə diskussiya aparmaq, gizli seçkilər keçirmək, Qurultayın gedişini birbaşa yayınlamaq və s. üçün yararlı olmalıdır. Qurultay salonunda səsgücləndirici sistemlər hər bir nümayəndənin yararlana biləcəyi şəkildə qurulmalıdır. Qurultay salonunun bədii tərtibatı Təşkilatın məramına uyğun şəkildə qurulmalıdır. Qurultayda iştirak edən nümayəndələr müxtəlif ölkələrin vətəndaşları olduğuna və DAK bir beynəlxalq təşkilat olduğuna görə salonda qurultay keçirilən ölkənin, həmçinin Azərbaycandan başqa heç bir dövlətin dövlət atributlarından istifadə oluna bilməz, yalnız Təşkilatın öz loqotipi və bayrağı asıla və himni səsləndirilə bilər.Qurultay günü Qurultayın rəsmi açılışından 3 saat əvvəl nümayəndələrin qeydiyyatı və fərdi mandatlarını göturmələri başlanmalı və rəsmi açılışa 45 dəqiqə qalmış başa çatmalıdır. Rəsmi açılışa qədər qalmış 45 dəqiqə ərzində TŞ səsvermə hüququ olan Qurultay iştirakçılarının sayı və tərkibi barədə hesabat hazırlamalı və Qurultaya bu barədə rəsmi hesabat verməlidir. TŞ-nin hesabatına görə salonda iştirak edən nümayəndələrin sayı nəzərdə tutulmuş nümayəndə sayının 50%-dən azdırsa Qurultay 3 saat ertələnir. Yenidən toplaşdıqda yenə yetərsay olmazsa Qurultay başqa vaxta keçirilir. Nəzərdə tutulmuş nümayəndə sayının 50%-i salonda iştirak edirsə, nümayəndələr açıq səsvermə yolu ilə Qurultayin işə başlaması barədə qərar verirlər. Sonra Qurultayin 5 nəfərdən ibarət Divanı seçilir. Divan üzvlüyünə seçiləcək şəxslərin namizədliyi Qurultay nümayəndələri tərəfindən verilir və Divan üzvlərinin hər biri açıq səsvermə yolu ilə seçilir. Divan Qurultayı rəsmi olaraq açıq elan edir və Qurultayın gündəliyinin tərtib olunmasını təklif edir. TŞ təqdim etdiyi gündəlik layihəsi və Qurultay iştirakçılarının təklifləri aşıq səsvermə yolu ilə səsə qoyularaq Qurultayın gündəliyi formalaşdırılır. Bu andan etibarən kimsənin gündəlikdən kənara çıxmasına yol verilmir.Qurultayın gündəliyi bu şəkildə formalaşmalıdır:1.     İH-nin hesabatı – maksimum 30 dəqiqə.2.     Hesabatın müzakirəsi və qəbul olunması – maksimum 60 dəqiqə.3.     NTK-nın hasabatı – maksimum 20 dəqiqə.4.     Hesabatın müzakirəsi və qəbul olunması – maksimum 30 dəqiqə.5.     Seçkilər – maksimum 3 saat.6.     Digər məsələlər – maksimum 8 saat.7.     Qurultayın qərarlarının və sənədlərinin müzakirəsi – maksimum 2 saat.Bu umumi şablon çərçivəsində Qurultay istənilən gündəliyi qəbul edə bilər. Gündəlik təsdiq olunduqdan sonra Qurultayın yekun sənədlərini tərtib edəcək 3 nəfərdən ibarət redaksiya heyəti açıq səsvermə yolu ilə seçilir. Redaksiya heyəti seçilən andan etibarən Qurultayın sənədlərinin tərtibinə başlayır.İH-nin hesabatı Başqan və ya İH üzvlərindən biri tərəfindən təqdim olunur. İH-ninHesabatı hesabat dövründə Təşkilatın fəaliyyətini tam şəkildə əks etdirməli, Təşkilatın bütün struktularının fəaliyyəti barədə, Təşkilatın maliyyə vəziyyəti barədə müfəssəl məlumat verməlidir. Hesabat ətraflı surətdə müzakirə olunmalı və Qurultay tərəfindən qəbul olunmalıdır.NTK-nın hesabatını Komissiyanın sədri və ya üzvlərindən biri təqdim edir. Hesabatda Təşkilatın bütün strukturlarının fəaliyyətinə qiymət verilməli, Təşkilatın məramına zidd olan, Nizamnamə və Əsasnamədə əks olunmuş müddəaları pozan hər bir struktur və ya Təşkilat üzvünün hərəkətlərinə konkret qiymət, bu hərəkətlərin qarşısının alınması üçün təkliflər verilməlidir. Hesabat ətraflı surətdə müzakirə olunmalı və Qurultay tərəfindən qəbul olunmalıdır.Təşkilatın seçkili orqanları olan İH və NTK-na seçkilər gizli səsvermə yolu ilə və alternativli keçirilir. Seçkilərə başlamaq üçün 3 nəfərdən ibarət say komissiyası seçilir. Say komissiyasının üzvləri Qurultay iştirakçıları tərəfindən namizədlikləri irəli sürülmüş şəxslər içərisindən açıq səsvermə yolu ilə seçilir. İH və NTK-ya namizədlikləri irəli sürülmüş şəxslərin adlarının siyahıya salınıb-salınmaması açıq səsvermə yolu ilə müəyyən olunur. Səsvermə bülletenlərinə seçiləcək İH və NTK üzvlərinin sayından artıq olmaqla namizədlərin adı soyadlarının baş hərfləri ilə azərbaycan əlifba sırasıyla yazılır. Salonda iştirak edən nümayəndələrin yenidən sayılmasından sonra fasilə elan olunur, nümayəndələrin sayı qədər səsvermə bülleteni hazırlanır, nömrələnir, say komissiyasının üzvləri tərəfindən imzalanır. Fasilədən qayıdan nümayəndələr mandatlarını təqdim edərək bülleten alır, əleyhinə səs verdikləri namizədlərin adlarını siyahıdan pozaraq bülleteni xüsusi qutuya atırlar. Bu prosedur bitdikdən sonra say komissiyası səsvermə qutusunu açaraq namizədlərin topladıqları səsləri hesablayır. Ən çox səs toplamış şəxslər seçilmiş hesab olur. 50%-dən az səs toplamış namizədlər İH və NTK-na seçilə bilməzlər. Əgər 50%-dən çox səs toplamış namizədlərin sayı İH və NTK üzvlərinin sayından az olarsa boş qalmış yerlərə təkrar seçkilər keçirilməlidir. Təkrar seçkilər eyni qaydada keçirilir.Cari məsələlər.Qurultayın bu bölümündə müxtəlif məsələlər müzakirə olunur, qurultay nümayəndələrinin təkliflərinə baxılır. Qurultayın qərarlarının və sənədlərinin müzakirəsi.Redaksiya heyəti Qurultayın sonunda hazırladığı sənədləri Qurultaya təqdim edir. Qurultayın sənədləri Qurultayda açıq səsvermə yolu ilə qəbul olunur, Divan başqanı tərəfindən imzalanır və Qurultaydan sonra TŞ tərəfindən rəsmiləşdirilərək 7 gündən gec olmayaraq yayılır. Qurultayın sənədlərində Qurultaydan sonra heç bir prinsipial dəyişiklik edilə bilməz, yalniz redaktə xarakterli dəyişikliklər oluna bilər.Təşkilatda üzvlük.18 yaşına çatmış, Təşkilatın prinsiplərini, Məramını, Nizamnaməsini və Əsasnaməsini qəbul edən, müəyyən edilmiş üzvlükhaqqı ödəyən hər bir azərbaycanlı DAK-ın üzvü ola bilər. Təşkilata üzv olmaq istəyən şəxs Təşkilatın hər hansı yetkilisinə müraciət etdikdən sonra bu müraciət TŞ göndərilir. Üzvluk sənədləri paketi aşağıdakılardır:     1. Ərizə forması.2. DAK haqqında məlumat.3. Təşkilatın Məramnaməsi.4. Təşkilatın Nizamnaməsi.Təşkilatın Əsasnaməsi.Anket forması.
 DAK təsübkeşi Ərizə və Anketi dolduraraq istədiyi vasitə ilə (elektron, faks, poçt) TŞ-ə göndərir. TŞ öz növbəsində bu şəxsin sənədlərini və bu şəxs haqqında Təşkilatın hər hansı bir üzvü və ya strukturu tərəfindən verilmiş təqdimatı üzvlüyə qəbul üçün İH təqdim edir. İH müvafiq qərar qəbul etdikdən sonra TŞ həmin şəxsə Təşkilata üzv qəbul olunduğu haqqında İH qərarını göndərərək, illik üzvlük haqqını ödəmək üçün 30 gün vaxt verir. Üzvlük haqqı ödəndikdən sonra həmin şəxs ərizəsinin TŞ-ə daxil olduğu gündən Təşkilatın üzvü hesab olunur və həmin şəxsə 30 gün ərzində üzvlük bileti göndərilir. Verilmiş müddət ərzində üzvlük haqqı ödənməzsə üzvlük haqqında qərar qüvvədən düşmüş hesab olunur.Təşkilat üzvlərinin hər biri Təşkilatın müvafiq bürosu, nümayəndəliyi və ya bölgə təşkilatında qeydiyyatda olmalı, Təşkilatın işində iştirak etməlidir. Təşkilatın hər bir üzvü, üzvlük qərarı qüvvəyə minən gündən Təşkilatın seçkili orqanlarına seçmək və seçilmək hüququna malikdir. Hər bir Təşkilat üzvü Təşkilatın fəaliyyəti barədə istənilən informasiyanı almaq hüququna malikdir. Təşkilat üzvü Təşkilatın məram və məqsədinə zidd hərəkət edə bilməz, Nizamnamə və Əsasnamənin müddəalarını poza bilməz. Təşkilata hər hansı formada zərər vurmuş Təşkilat üzvü üzvlükdən çıxarıla bilər. Bu zaman bu şəxsin üzvlükdən çıxarılması təklifi TŞ tərəfindən əsaslandırılaraq İH təqdimat verilir. İH-nin müvafiq qərarı verilən gündən həmin şəxs Təşkilat üzvlüyündən çıxarılmış hesab olunur. Üzvlükdən çıxarılma barədə bu qərarın həmin şəxsə çatdırıldığı gündən başlayaraq 10 gün ərzində NTK-na şikayət verilə bilər. Şikayətin qəbul olunması və baxılması İH qərarının qüvvədən düşməsi demək deyildir. Əgər NTK üzvlükdən çıxarılma prosesində Nizamnamə, Əsasnamə və ya prosedur pozuntusu taparsa, bu məsələnin İH yenidən baxılmasını istəyə bilər. Bu halda İH üzvlükdən çıxarılmış şəxsin işinə bir daha baxmağa borcludur. Üzvlükdən çıxarılma barədə ikinci dəfə şikayət verilə bilməz. Üzvlükdən könüllü olaraq çıxmış, kənar edilmiş və ya üzvlüyü qüvvədən düşmüş şəxs 12 ay ərzində Təşkilata yenidən üzv ola bilməz. Təşkilata təkrar üzvlük eyni qaydada həyata keçirilir. Üzvlükdən könüllü olaraq çıxmış, kənar edilmiş və ya üzvlüyü qüvvədən düşmüş şəxsin ödədiyi üzvlük haqqı, başqa ödəmələri və ya ianəsi həcmindən və nə vaxt ödəndiyindən asılı olmayaraq geri qaytarılmır.Təşkilatın arxivi.Təşkilatın arxivi TŞ-də saxlanılır. Təşkilatın bütün strukturları, o c. İH və NTK hər bir yeni sənədi 3 gündən gec olmayaraq TŞ göndərməlidirlər. TŞ qeydiyyatdan keçirdiyi hər bir sənədi məlumat olaraq Təşkilatın bütün strukturlarına göndərir. Təşkilatın hər bir üzvü TŞ-nə müraciət edərək, istənilən sənədin surətini tələb edə bilər. TŞ belə müraciətlərə 10 gün ərzində cavab verməlidir. Təşkilatın təmsil olunması.Təşkilatın adından, möhüründən və loqotipindən İH qərarı və aidiyyətli strukturların rəyi olmadan kimsə istifadə edə bilməz. Təşkilat adından ancaq İH-nin qüvvədə olan Başqanı, Başqanın birinci müavini və Mətbuat Xidmətinin rəhbəri bəyanat vermək səlahiyyətindədirlər. Başqa Təşkilat səlahiyyətlilərinin, o c. İH və NTK üzvlərinin bəyanaları onların şəxsi bəyənatları hesab olunur. MX-nin rəhbəri həm də Təşkilat sözcüsüdür.Təşkilatın əsas sənədlərinə (Məramnamə, Nizamnamə, Əsasnamə) dəyişikliklər edilməsi. Təşkilatın əsas sənədlərinə (Məramnamə, Nizamnamə, Əsasnamə) dəyişikliklər əsaslı surətdə hazırlanır və İH və ya Qurultay nümayəndələrinin bir qrupu tərəfindən Qurultaya təqdim olunur. Bu dəyişikliklər Qurultay tərəfindən ancaq 2/3 səslə qəbul oluna bilər. Təşkilatın ləğv olunması.Təşkilatın ləğv olunması Qurultay və ya məhkəmə qərarı ilə həyata keçirilə bilər.Qeyd: Bu Əsasnamə qəbul olunduqdan sonra yaranmiş hər hansı yeni strukturun fəaliyyəti və ya tədbirlərin keçirilməsi qaydası haqqında ayrıca Əsasnamə hazırlanaraq bu Əsasnaməyə əlavə oluna bilər. 

 

əsas linklər