“İranın başqalarını ittiham etməsini qəbul etmək və anlamaq mümkün deyil”

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu fevralın 20-də jurnalistlərə açıqlamasında iranlı həmkarı Bəhram Qasiminin həmin gün Türkiyəyə qarşı səsləndirdiyi bəyanatına sərt reaksiya verib.

İranlı həmkarının jurnalistlərlə görüşündə işlətdiyi “İranın Türkiyə qarşısında dözümünün həddi var” cümləsinə toxunan Hüseyn Müftüoğlu bildirib ki, İran konstruktiv addımlar atmalı, onu tənqid edən ölkələri ittiham etmək əvəzinə özünün bölgəsəl siyasətinə yenidən baxmalıdır: 

“Bölgədəki böhranlar səbəbi ilə ölkəsinə pənah gətirən insanları belə savaş meydanlarına göndərməkdən çəkinməyən bir ölkənin regiondakı gərginliyin və sabitsizliyin səbəbkarı olaraq başqalarını ittiham etməsini qəbul etmək və anlamaq mümkün deyil”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi fevralın 20-də jurnalistlərə açıqlamasında Türkiyə qarşı sərt bəyanatlar səsləndirib: 

“Türkiyədəki uğursuz hərbi çevrilişdən sonra İran ən həssas bir zamanda bu ölkəyə dəstək verdi. Lakin bilmirik ki, onların sərgilədiyi bəzi mövqelərinə haqq qazandırmalıyıq yoxsa ki, yox. Hazırda Türkiyədə nigaranlığa səbəb olan qeyri sabit bir vəziyyət hakimdir. Bu ölkənin bəzi siyasətçiləri qabaqdan gəlmişlik edərək əsəbiyyət üzündən bəzi rəftarlar edir, bununla da öz daxili və xarici problemlərini ört-basdır etməyə çalışırlar. Ümid edirəm ki, Türkiyə rəsmiləri bundan sonra İranla bağlı səsləndirəcəkləri bəyanatlarda daha zəkavətlə davranacaq, bizi onlara cavab verməyə məcbur etməyəcəklər. Türkiyə qarşısında bir dözümlüyük və səbr edəcəyik. Lakin bu dözümün də bir həddi var”.

Fevralın 20-də isə Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin İranın Xarici İşlər Nazirliyinə çağırılıb.İran xarici işlər nazirinin Asiya və Sakit Okean üzrə müavini İbrahim Rəhimpur tərəfindən nazirliyə çağırılan Türkiyə səfirinə, bu ölkə rəsmilərinin son günlər İranın bölgədəki rolu ilə bağlı səsləndirdiyi bəyanatlarına etiraz bildirilib.

əsas linklər

     

 

 

 

Döviz Kuru