Türkiyəyə zidd baxışlarının əsas səbəbi İrandakı türk məsələsidir

Son bir neçə ildə bəzi iranlı müxaliflər İstanbul şəhərində önəmli tədbirlər təşkil ediblər. Amma bu tədbirlər ümumiyyətlə farsdilli media tərəfindən boykot edilmiş və bəzi qrupların da sərt tənqidi ilə qarşılaşmışdır. 

Ankaradan Amerikanın Səsinə danışan siyasi şərhçi Kərim Əsgərinin fikrincə, iranlı müxalif qruplar özləri üçün bir çox cəhətdən faydalı olan bu tədbirlərə qarşı olmaları onların Türkiyəyə zidd baxışları ilə əlaqəlidir. O, bu baxışın əsasən İrandakı türk məsələsindən qaynaqlandığını vurğulayıb.

Kərim Əsgərinin dediklərinə görə, Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən və tədbirlər keçirən sadəcə İran İslam Respublikasının müxalifləri deyil, İran hakimiyyəti də zaman zaman Türkiyədə tədbirlər təşkil edir:

“Türkiyə dövlətinin bu toplantılarla əlaqəsı yoxdur. İşin maraqlı tərəfi budur ki, sadəcə müxalif iranlılar deyil, İran dövləti özü də burada bəzən öz lehinə toplantılar düzənləyir və TV kanalları yola salır. Türkiyə dövləti bir hüquq dövlətidir. Hər kəs buradakı demokratiya və imkanlardan istifadə edib tədbirlər təşkil edə bilir.”

Bu yaxınlarda İstanbul şəhərində keçirilən bir tədbirdə bir qrup tanınmış iranlı yazar, hüquqşünas, sabiq dövlət rəsmisi həmçinin milli və islahatçı qruplara mənsub jurnalist və siyasi fəallar İranda media və ifadə azadlığı önündə olan maneələr və İrandan xaricə mühacirətin səbəblərini müzakirə ediblər.

Əsgərinin fikrincə, farsdilli medianın bu növ tədbirləri boykot etməsinin əsas səbəbi İran millətçiliyindəki anti-Türkiyə baxışlardır.

İranlı fəalların İstanbulda keçirdiyi bir tədbir

İranlı fəalların İstanbulda keçirdiyi bir tədbir

“Türkiyə və İran arasında viza rejiminin olmaması, bir çox iranlı fəalın qaçqın olaraq müvəqqəti şəkildə Türkiyədə yaşaması, Avropa və Amerikada olan iranlı fəalların rahatlıqla Türkiyəyə gələ bilməsi kimi amillərə yol açır ki, bəzi qruplar Türkiyədə toplantı keçirməyə üstünlük verirlər... 

Siyasi və insan haqları fəalları üçün də ən önəmli məsələ səslərini dünyaya çatdırmaq və gündəmdə olmaqdır. [Bunlara baxmayaraq] belə tədbirlərə qarşı tənqidlər ya onların boykot edilməsi İranda Türkiyə ziddinə mövcud baxışlarla əlaqəlidir,” deyə o bildirir.

O, əlavə edib ki, “İran toplumunda bir zehniyyət var ki, Türkiyəni hər zaman rəqib olaraq görməkdədir. Mən belə düşünürəm ki İstanbulda keçirilən toplantılara bənzər tədbir Paris və ya başqa şəhərlərdə keçirilsə, boykot etməzlər. Onların Türkiyəyə qarşı baxışı başqa ölkələrə baxışları ilə fərqlidir. Burada İrandakı türk faktoru ortaya çıxır. Onlar üçün İrandakı türk məsələsi ciddi bir məsələdir. 

Çünki belə düşünürlər ki, İrandakı türklər Türkiyə tərəfində himayə edilirlər ya Türkiyəni örnək alırlar... İrandakı türklərin məsələsi olmasa bunların bu qədər həssasiyyət göstərməyəcəklərinə inanmıram.”

əsas linklər

     

 

 

 

Döviz Kuru