ABŞ-ın ATƏT-dəki səfiri: “Qarabağ münaqişəsi çox uzanıb”

Amerikanın ATƏT-dəki səfiri Daniel Bayer Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib.

Bayer ölkəsinin münaqişənin sülh yolu ilə həllində sdəylərini davam etdirəcəyini deyib.

“ABŞ münaqişənin yenidən gərginləşməsindən və qeydə alınan vəhşilik faktlarından narahat olmuşdu. Lakin Con Kerrinin təklifi ilə Vyanada baş tutan görüş öz nəticələrini verdi. Tərəflər münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını bildirdilər və təmas xəttində vəziyyəti stabilləşdirdilər”.

Bayer münaqişənin çox uzandığını da etiraf edib.

“Biz münaqişənin çox uzanması ilə bağlı məyusluğu bölüşürük. Qarabağ münaqişəsinin həlli çox uzanıb. Münaqişənin hərbi yolla həlli yoxdur. ABŞ münaqişənin sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazırıdr”.

əsas linklər

     

 

 

 

Döviz Kuru