Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti İftar Süfrəsi Açdı

Ramazan Ayı münasibətiylə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaslıq və Əməkdaşlıq Cəmiyyəti Naturla Restoranda iftar süfrəsi açdı.

İftarda siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının sədr və nümayəndələri, İzmir Universitetlərində işləyən Azərbaycanlı müəllimlər, Azərbaycanlı tələbələr, Azərbaycan diasporasının aktiv nümayəndələri və cəmiyyətin üzvləri iştirak etdilər.

Cəmiyyətin sədri Dr. Asıf Kurban, birlik və həmrəylik ayı olan Ramazan ayı münasibəti ilə təşkil etdikləri iftara gəldikləri üçün qonaqlara təşəkkür edərək, cəmiyyətin quruluşu və indiyə qədər görülən işlər haqqında qısa bilgi verdi və fəaliyyətlərinin daha da artaraq davam edəcəyini söylədi.

İftarda iştirak edən Türkiyə Baş Nazirlik Xaricdə Yaşayan Türklər və Əqrəba Cəmiyyətlər Komitəsi Ege Vilayəti Sədri Dr. Fırat Yaldız da çıxışına hər kəsin Ramazanını təbrik edərək başladı. O, Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin fəaliyyətlərini təqib etdiyini, həyata keçirilən fəalliyyətlərdə iştirak etdiyini, cəmiyyəyin önəmli işlərə imza atdığını və  komitə olaraq da cəmiyyətə hər zaman dəstək olunacağını söylədi.

Daha sonra İzmir Katib Çələbi Universiteti müəllimi Muhammət Özdəmir Ramazan ayı, oruçluq haqqında iftarda iştirak edənlərə məlumat verdi. İftarda iştirak edən qonaqlar da həm konferans, həm də iftar süfrəsi üçün təşəkkür etdilər.

əsas linklər