
1 Xordad, 22 may 2006, haray-haray mən türkəm bağıran millətimizin ayaqlanmasından 9 il keçdi.
9 il öncə millyonlar soydaşımız Təbriz başda olmaqla, Günüy Azərbaycanın bütün şəhərlərində küçələrə çıxaraq, fondamentalist fars rejiminə qarşı etrazını nümayiş etdirdi.
Ulu Azərbaycanın var oluşunu dünyaya çatdıran millətimizin fars şovinizminə sinəgərməsi düşməni bir daha şaşqınlığa sürüklədi. Fars şovinizmi Azərbaycanın ayaqda olmasını, fars-irançı apartayd düşüncəsinə qarşı ən güclü, demokratik və çağdaş alternativ olduğunu açıqcasına gördü.
Millətimiz, onlar şəhid, yüzlər yaralı, minlər tutuqlu və itkin versə də, əldə etdiyi qazancın ölçülməz dərəcə böyük olduğunu isbatladı. Baxmayaraq ki, panfarsizm irançı media, habelə özlərini demokrat sağ-sol adlandıran və demokratiyadan, sivil toplumdan, fərdi hüquqdan və insan haqlarından danışan iran mərkəzli quruluşlar bir yönlü olaraq, susub və bir daha isbatladılar ki, onların dedikləri bu aldadıcı sözlər qeyri-farsların mənafeyi yolunda yox, bəlkə fars millətinin mənafeyinə uyğun aparılır. Baxmayaraq ki, fondamentalist irançı rejimlə nər-taxta oynayan dünya mediası da susdu. Ancaq, millətimizə bağlı olan coxu fədakar mediamiz gecə gündüz bu boşluğu doldurmağa çalışdı. Günaz tv başda olmaqla bir çox media və internet səhifələri dayanmadan içəridən alan bilgiləri dünyaya yaymağa çalışdılar.
May ayaqlanması, millətimizə nələr gətirdi?
Əziz soydaşlar!
22 may qiamı, günüy Azərbaycan Millətinin bir daha fars hegomonluğu altında qalmiyacağını açıqcasına ortaya qoydu. Son illərdə may ayaqlanmasiyla formalaşan toplumsəllik ruhu yeni bir ictimaii hərəkatın yaranma siqinallarını verməkdədir.
Azərbaycan Milli Hərəkətının dünyəviləşməsinə yol açan bu yenı gərçək sözü “Traktor” faktorudur.irqıçı rejimin qarasına və yaşılına yox deyən Azərbaycan türk milləti , özünün kəskin milli inancını “Traktor”un qırızı rəngiylə bəzək verərək millyonlar harayın bir araya gəlməsini sağlamış durumdadır.
Dünyanın idman mediyalarında ictimaii siyasal alanlara yol açan futbol diplomasiyası “Katalan-Barselona” gerçəyindən sonra “Azərbaycan-Traktor” faktoru ilə də tanış olmağa başlamışdır.
May ayaqlanmasının gətirdiyi Özgür və bağımsız olmağımız anlamının dərin fəlsəfəsi bağlarını kimsə unutmamalıdır. “ya öz olub ağa olmalısan, ya özgə olub qul olmalısan ”.
Qəhrəman millətimizin və Haray-Haray mən türkəm bağıran və düşmənə sinə gərib öz pak qanlarıyla şəhidlik zirvəsinə çatan gənclərimizin yandırdığı Xordad (May) məşəli, yaranacaq Müstəqil cə bağımsız Güney Azərbaycan dövlətinin gününədək yanacaq və hər gün böyüyəcəkdir.
Əziz həmvətənlərim!
Bügün, uca millətimizin iradəsi qarçısında baş əyir, 22 may münasibətilə canlarını fəda edən milli şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyib və sözlərimə ulu şairimiz Bulut Qaraçorludan iki misrala son verirəm.
Özgə çırağına yağ olmaq bəsdır,
Doğma ellərimiz qaranlıqdadır.
Yanıb-yandırmayaq yadın ocağın,
Evimiz soyuqdur, qışdır şaxtadır...
Yaşasın Azərbaycan Türk Milləti
Yaşasın Güneyin may ayaqlandımasının şanlı xatirəsi...
DAK sedri
Məmməd Azər