
“Güney və Quzey Azərbaycan aydınları birbirlərinin yaşadığı toplumu yaxşı tanımır, birbirini yaxşı anlamırlar”
Bunu Azərbaycan Respublikasında ali təhsil almış təbrizli bəstəkar Məmməd Ənsari 31Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günümünasibəti ilə Amerikanın Səsinə verdiyi müsahibədə söyləyib. 1998-ci ildən etibarən 7 il Azərbaycan Respublikasında yaşamış Ənsari müsahibədə iki toplum arasındakı bənzərliklər və fərqlər haqda öz düşüncələrini ifadə edib.
Quzeydə rus dili və kültürünün buraxdığı təsirin sənət və siyasət sahələrində də əks ediliyini önə çəkən Təbrizli sənətçi güney toplumunda da fars kültürünün bənzər rol oynadığını söyləyib.
“Rus və fars kültürləri iki toplumda dərin təsir buraxmış və bu toplumlar siyasət və sənət açısından dünyaya o pəncərədən baxırlar,” Ənsari bildirib.
Məmməd Ənsarinin sözlərinə görə, iki toplumun aydınları və sənətçiləri arasında mövcud olan anlaşılmazlıq Arazın hər iki tayı haqda həqiqətlərin oduğu kimi əks edilmədiyindən qaynaqlanır.
“Biz Quzey toplumuna Güney Azərbaycanla bağlı doğru bilgi vermirik. 30 miliondan artıq türkün farsların əlində əsir olduğunu deyirik. Ancaq, quzeylilər güneyə gedəndə fərqli bir təsvir müşahidə edirlər, onlar bir çox türkün yaxşı yaşadığını görür... o cümlədən, ticarət sahələrində müvəffəqiyyətli olduqlarını görürlər,” deyə Məmməd Ənsari Türk dilini önə çəkməyənlərin güney toplumunda uğurlu ola biləcəyini vurğulayıb.
Goldsmiths - London Universitetində musiqi üzrə doktorluq dərəcəsi üzərində çalışan güneyli sənətçi güney və quzey sənətçilərinin birgə iştirakı ilə həyata keçirilmiş hər hansı ciddi bir fəaliyyət, əsər ya layihəni müşahidə etmədiyini deyir.
nsarinin sözlərinə görə, “Azərbaycan Respublikasında güney məsələsini səsləndirənlər, bəsi istisnalar xaricində, adətən demokratik çərçivələrdə fəaliyyət edən insanlar olmurlar.”
Məmməd Ənsari güney və quzey aydınları arasında birgə fəaliyyətlərin həyata keçirilməsi üçün şüar və şişirtmələrdən ibarət olan yanlış təsvirlər yerinə gerçəklər üzərində durmağın gərəkli oluduğunu vurğulayıb.