“Fransa ölkələrin ərazi bütövlüyünü, münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir”
“Siz Dağlıq Qarabağa hansı statusu verməyə hazır olduğunuzu göstərdiniz”


Bakı. Ramiz Mikayıloğlu - APA. “Mən Azərbaycana xüsusi kontekstdə gəlmişəm. Ukrayna hadisələri baş verir. Fransa ölkələrin ərazi bütövlüyünü, münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir”.

 

APA-nın verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Fransa prezidenti Fransua Olland söyləyib.

 

Bu gün axşam Ermənistanda olacağını deyən F.Olland 20 il ərzində münaqişənin həlli prosesində irəliləyişlərin olmadığını qeyd edib: “ATƏT-in Minsk Qrupunun üzvü kimi Fransanın da üzərinə böyük məsuliyyət düşür. Biz bu danışıqları Ermənistanda da davam etdirəcəyik. Fransa mərhələli yolla münaqişənin həllinə səy göstərir. Səylər etimadın olduğunu göstərir. Siz Dağlıq Qarabağa hansı statusu verməyə hazır olduğunuzu da göstərdiniz”.

 

Fransa prezidenti Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına diqqət çəkib: “Azərbaycanla Fransanın enerji tərəfdaşlığı sahəsində mövqeləri üst-üstə düşür. Azərbaycan bu gün ən böyük qaz təchizatını təmin edən ölkədir. Fransanın bir çox neft və qaz şirkətləri Azərbaycanın neft və qaz layihələrinə qoşulmaq istəyirlər. Görüşdə Fransa şirkətlərinə Azərbaycanda daha yaxşı şərait yaradılmasını müzakirə etdik. Tullantıların yandırılması, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq etmək istəyirik. Bu sahədə fransız şirkətləri təcrübələrini bölməyə hazırdır. Avropa Olimpiya Oyunları, Formula-1 və digər beynəlxalq yarış və tədbirlərin keçirilməsində də Azərbaycanla əməkdaşlığa hazırıq”.

əsas linklər