Belçikada "Qafqazda və bölgədə erməni problemi" adlı tədbir keçirilib

28 fevral tarixində Azərbaycanın Belçikadakı səfirliyi, Dünya Azərbaycanlıları Konqresi və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümü münasibəti ilə paytaxt Brüsseldə "Qafqazda və bölgədə erməni problemi" adlı elmi-praktiki konfrans keçirilib. 

Tədbir Belçikanın aparıcı təhsil ocaqlarından biri olan Brüssel Azad Universitetində baş tutdu.

Konfransda çıxış edən səfir Fuad İsgəndərov qeyd olunan mövzu çərçivəsində Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirib.
 
Konfransda Qafqaz üzrə Belçikalı mütəxəssis Mişel İvor 20 ildən artıq bir müddətdə davam edən erməni işğalı və onun Azərbaycan və bölgə üçün nəticələri haqda məruzə ilə çıxış edib.
Türkiyənin Dokuz Eylül Universitetinin professoru, Dr. Vəfa Qurban ermənilərin Osmanlı dövründən başlayaraq Türkiyədə törətdikləri cinayət və qətliamlar haqqında söz açıb.
 
Konfransda məruzəçi qismində çıxış edən millət vəkili Qənirə Paşayeva Qarabağla bağlı həqiqətlərin vətəndən uzaqda yaşayan gənc nəsilə çatdırılmasının vacibliyini vurğulayıb.
 
O, Xocalı qətliamının tək azərbaycanlılara qarşı deyil, bütün türklərə qarşı törədildiyini qeyd edib və Azərbaycan və türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
 

Tədbirin təşkilatçılarından olan Dünya Azərbaycanlıları Kongresi Sədr Müavini Dr. Asif Qurban təşkil etdikləri tədbirin uğurlu bir şəkildə alınmasından məmnun olduqlarını ifadə edərək bu tipli tədbirlərin Azərbaycan və Türkiyədən başqa avropanın başqa yerlərində də keçirilməsinin  vacibliyini diqqətə çatdıraraq; bu cür tədbirlər Avropada bizə qarşı formalaşan ikili standart və düşüncələrin dağılmasına kömək edəcək deyə vurquladı.

 Konfrans zamanı dinləyiciləri maraqlandıran çoxsaylı suallar məruzəçilər tərəfindən cavablandırılıb.
 
 
 
   
əsas linklər