Dünya Ana Dili Günü münasibəti ilə Anakarada İran səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

21 Fevral-Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərləri və azərbaycanlıların yaşadığı müxtəlif ölkələrdə tədbirlər keçirilir və İran rejiminə qarşı etirazlar edilir.

Məlumata görə, Dünya Ana Dili Günü münasibəti ilə Türkiyə paytaxtı Ankarada İran səfirliyi qarşısında soydaşlarımız tərəfindən etiraz aksiyası keçiriləcək. Aksiyada bütün azərbaycanlı fəallar o cümlədən müstəqil və partiya mənsubları iştirak edəcəklər. Aksiyada GAMAC –ın (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) Türkiyə bürosu geniş iştirak edəcəyini elan edib.

Aksiya iştirakçıları İranın ayrı-seçkilik siyasəti və türk dilində təhsilə qoyduğu qadağaya etiraz edib və rejimin bu qeyri-demokratik siyasətini məhkum edəcəklər. Aksiyada İran rejimindən istəniləcək ki, türk dilinə qarşı tətdiq edilən qadağa qaldırılsın və türklərə qarşı asimilasyon siyasəti dayandırılsın.

Aksiya qatılımcıları Güney Azərbaycan və İran coğrafiyasının müxtəlif bölgələrində yaşayan bütün türk boylarının (qaşqay türkləri, türkmənlər və s. kimi...) dil və mədəniyyətinin azad edilməsini, bu dildə təhsilə zəmin yaradılmasını istəyib və türk dilinin rəsmi olmasını tələb edəcəklər.

Aksiyanın keçiriləcək zamanı: 22 fevral (3 isfənd), yerli vaxtla saat 11:00

Toplaşılacaq yer: Anakaranın Koğulu parkı

əsas linklər