
Hüquq elmləri doktoru Çingiz Mustafayev ANS TV-nin qonağı olub. Söhbət 1977-ci ildə yanvarın 8-də Moskvada Stepan Zatikyanın rəhbərlik etdiyi erməni terror qrupu tərəfinən həyata keçirilən serial terror hadisələrinə həsr edilib.
Yada salınıb ki, həmin gün Moskva metrosunda, “KQB”nin binasının qarşısında və ərzaq mağazasında törədilən terror aktları nəticəsində 7 adam həlak olmuşdu və onlarla adam yaralanmışdı.
Doktor Çingiz Mustafeyvin fikrincə, həmin vaxt SSRİ-nin dayaqlarını dağıtmaq üçün fəaliyyətə başlayan erməni terroru bu gün aktiv fəaliyyətindən geri dayanmır. Ən inanılmaz məsələ isə Ermənistan hökumətinin də öz siyasətində terrora arxalanmasıdır. Halbuki, dünyanın oturuşmuş dövlətçilik ənənəsi olan ölkələrində ən radikal siyasətçilər belə terrordan uzaq dururlar və bunun uğur gətirməyəcəyini anlayırlar.
Çingiz Mustafayevin fikrincə, erməni siyasətçiləri bununla da dünyanı idarə edən gizli qüvvələrin sifarişini yerinə yetirirlər, çünki bu güclərin diqqəti Azərbaycana yönəlib və ölkəyə öz maraqlarına uyğun şəkildə təsir göstərmək üçün məhz erməni terrorundan istifadə edirlər…
Verilişin tam mətni video formatda: