İranda bir-birlərini tanımayan qadınla kişinin yazışması qadağan edildi

İranın ali dini lideri Əli Xameneyi yeni fətva verib. ANS PRESS Al Alarabia-ya istinadən verdiyi məlumata görə, fətvaya əsasən islam respublikasında internetdə bir-birlərini tanımayan kişi ilə qadının yazışmasına qadağa qoyulacaq. 

Fətva televiziya ilə səsləndirilikdən bir neçə gün sonra İranda populyar WeChat-a giriş bağlanıb. Qeyd edək ki, WeChat-la İranda smartfon istifadəçiləri sosial şəbəkələrə daxil ola bilirdilər. 

Bununla yanaşı başda İranın prezidenti Həsən Ruhani olmaq şərtilə islam respublikasının yüksəkçinli məmurlarının Twitter və Facebook sosial şəbəkələrində aktiv akkauntları var.

əsas linklər