“Soyqırıma məruz qalmaqla xocalıların hüquqları kobudcasına pozulub”

“İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Xocalı faciəsini soyqırım kimi tanıması Azərbaycan diplomatiyasının böyük uğurudur”. Bunu açıqlamasında Xocalı Soyqırımını Tanıtma və Araşdırma Mərkəzinin sədri Ceyhun Ələkbərov dedi. Onun sözlərinə görə, bu uğurda “Xocalıya ədalət” kampaniyasının böyük rolu var: “Təsadüfi deyil ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Bu baxımdan, Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndiririk. Cənab prezident İlham Əliyevin Xocalı soyqırımını daim diqqətdə saxlaması, bu istiqamətdə çalışan təşkilatlara diqqət və qayğısının nəticəsində uğurların şahidi oluruq. Onun Azərbaycan diasporunun hücum taktikasına üstünlük verməsi ilə bağlı tövsiyəsi də təsadüfi deyil. Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti də tədqirəlayiqdir. Fondun dəstəyi ilə xarici dillərdə çap edilən materialların dünya ölkələrinə yayılması xüsusi əhəmiyyət kəsb edir. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması soyqırım qurbanları olan biz xocalıları sevindirir. Bu həm də bizim üçün - o faciələri canlı yaşayan insanlar üçün bir təsəllidir. Biz xocalılar bu faciənin qurbanları, canlı şahidləriyik. Soyqırım aktını, erməni vəhşiliyini öz gözlərimizlə görmüşük. Ona görə də onun dəhşətini daha dərindən anlayırıq. Soyqırıma məruz qalmaqla xocalıların hüquqları, o cümlədən yaşamaq hüquqları kobudcasına pozulub. Beynəlxalq aləm bu məsələyə daha geniş diqqət ayırmalı və ciddi reaksiyaılar bundan sonra da olmalıdır. Son zamanlar Kolumbiya parlamentində, eləcə də ABŞ-ın 6 ştatında Xocalı soyqırımının tanınması diplomatiyamızın uğurdur. Bu işə hər bir azərbaycanlı öz töhfəsini verməyə çalışmalıdır. Bu, hər bir Azərbaycan vətəndaşınn vətəndaşlıq borcudur. Hamımız əl-ələ verib ümumilli maraqlar naminə çalışmalıyıq”. O, həmçinin əlavə etdi ki, bu qərar soyqırımın daha geniş səpkidə tanınmasına şərait yaradacaq: “Ona görə də yaxın perspektivdə daha çox təşklatlarda və ölkələrdə belə qərarların qəbul olunmasını gözləyirik və bunu üçün hamımız çalışmalıyıq”. 

əsas linklər