İşğal altında olan Xankəndi – Fotosessiya

Biz hələ də öz torpaqlarımızı fotoşəkillərdə seyr edirik...

Oxu.Az oxucularına ermənilərin işğal etdiyi Azərbaycanın Xankəndi şəhərindən fotosessiyanı təqdim edir.

Kədərlidir ki, işğaldan 22 il ötüb, biz hələ də öz torpaqlarımızı erməni fotoqraflarının çəkdikləri fotoşəkillərdən seyr etməyə məcburuq...

Xatırladaq ki, Xankəndinin işğalı 1991-ci il dekabrın 28-də Kərkicahan kəndinin tutulması ilə başa çatıb.

Qeyd edək ki, erməni separatçılarının 1988-ci ildən Azərbaycan xalqına qarşı başladıqları işğalçı siyasət nəticəsində, yüz minlərlə həmvətənimiz yaşadığı torpaqlardan didərgin düşüb, Azərbaycanın əzəli və ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonumuz separatçılar tərəfindən işğal olunub.

Həmin ərazidə yerləşən minlərlə məktəblər, səhiyyə müəssisələri, mədəniyyət abidələri dağıdılıb. Erməni vəhşilərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri soyqırım nəticəsində yüzlərlə həmvətənimiz qətlə yetirilib. Erməni cəlladları hətta qətlə yetirdikləri azərbaycanlıların cəsədlərini təhqir etməkdən, onların başlarını, əl və ayaqlarını kəsməkdən, azərbaycanlı əsirləri diri-diri yandırmaqdan belə çəkinməyiblər.

Bu günədək alman faşistlərinin yəhudi xalqına qarşı həyata keçirdiyi soyqırımı pisləyən dünya ictimaiyyəti isə indiyədək susur, xalqımıza qarşı törədilmiş soyqırıma, torpaqlarımızın işğalına biganə yanaşır...

 

 

 

əsas linklər