Andrey Malaxovun Rusiyanın Birinci kanalında yayımlanan “Pust qovoryat” verilişinin 28 oktyabr buraxılışı öz rus arvadını Bakıya gətirmiş azərbaycanlı haqqında olub.
1news.az-a xəbər verir ki, videoda 50 yaşlı azərbaycanlı, Bakıdan olan Əlibəy Qurbanov və onun ərindən 20 yaş kiçik olan gənc rus arvadı Marina əks olunur. Bundan başqa, digər kadrlarda Əlibəyin birinci arvadı - əri ilə yaşıd olan Sima xanım da görünür.
Veriliş zamanı məlum olub ki, kişi uşaqlarını Marinadan alıb və indiyədək Azərbaycanda saxlayır. Həmyerlimiz öz 30 yaşlı sevgilisi Marinanı aldadaraq, birinci arvadı ilə birlikdə yaşamadığını və hətta görüşmədiklərini də deyibmiş.
Malaxovun verilişinin qonaqları isə ölkəmizdə çoxarvadlığın dəbdə olmasından, Əlibəyin Marinanı birinci arvadının evinə gətirməsinin tamamilə normal olduğundan danışmağa başalyıblar. Marina isə bildirib ki, Əlibəyin birinci arvadı – Sima ona birgə yaşamağı, yəni bir yatağı üçlükdə bölüşməyi təklif edibmiş.... Məhz bu məqamda insan bütün Azərbaycan qadınlarına görə sözün əsl mənasında pis olur.
Azərbaycanlı Orxan Zeynalovun vəhşi kimi təqdim edildiyi Biryulov hadisələrindən bir qədər sonra göstərilən bu proqram faktiki olaraq cəmiyyətin bizim millətimizin nümayəndələri haqqında pis fikirdə olmasına xidmət edir.