
Urmu gölünün suyunun həcmi 80 faiz azalıb. Bu sözləri Göllərin ətraf mühit mərkəzinin müşaviri və ekspert (karşünas) Mənsur Baqirzadə Kərimi deyib.
Onun sözlərinə görə, yayın son ayında olduğumuz üçün göl ən pis vəziyyətdədir və əslində gölün sahəsi 60 faiz, suyunun həcmi isə 80 faizi quruyub.
O həmçinin deyib ki, texniki və iqtisadi cəhətdən səddlərin dağıdılması mümkündür.
Dünyanın başqa yerlərində də, göllərin bərpası üçün sədləri dağıdırlar.
Baqirzadə gölün bərpası üçün layihələrin olduğunu, lakin lazımi büdcənin ayrılmadığı və layihələrin icra edilmədiyini xatırladıb