ABŞ-ın Kaliforniya ştatının rəsmi şəxslərindən ibarət nümayəndə heyəti Dağlıq Qarabağa səfər edəcək

ABŞ-ın Kaliforniya ştatının rəsmi şəxslərindən və Amerikanın Erməni Milli Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti Ermənistana və bu ölkənin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.

Nümayəndə heyətinin üzvləri sentyabrın 15-dən 24-dək davam edəcək səfər çərçivəsində Ermənistanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirmək və Dağlıq Qarabağa səfər etmək niyyətindədirlər.

 “Biz ümid edirik ki, ilk dəfə təşkil olunan belə bir missiya Ermənistan və yüz minlərlə soydaşımızın evi olmuş Kaliforniya ştatı arasında siyasi təmasların möhkəmlənməsinə xidmət edəcək”, deyə Ermənistanın Los Ancelesdəki sabiq baş konsulu Qriqor Ovanesyan bildirib.   

 Nümayəndə heyətinin tərkibinə Kaliforniya ştatının qanunverici orqanının nümayəndələri və Los Anceles Şurasının üzvləri daxildir.  

əsas linklər