
Bu gün səhər saatlarında İran Ərdəbil vilayətində 5 azərbaycanlı fəal həbs edilib.
“Oyannews”un məlumatına görə, onlar Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü anmaq üçün Savalan dağında keçirilən tədbirə getmək istəyərkən yerli vaxtla saat 11:00-da İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Ərdəbil-Meşkinşəhr (Xiyov) şossesində həbs olunublar.
Hazırda onların harada saxlanılmaları barədə məlumat yoxdur.
Saxlanılan şəxslər Məhəmməd Xakpur, Səccad Culani, Meysəm Culani, Əhməd Məhəmmədpur və Mürtəza Qüdrətidir.