
İraqın şimalındakı Kərkük şəhərində baş vermiş terror aktında ölənlərin sayı 28 nəfərə çatıb. Frans Press agentliyinin məlumatına görə, hadisə nəticəsində 30-dək insan yaralanıb.
Daha öncə 18 nəfərin ölməsi və 28 nəfərin yaralanması barədə məlumat verilmişdi.
Xatırladaq ki, terrorçu-kamikadze partlayıcı qurğunu kafelərdən birində işə salaraq terror aktını həyata keçirib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.