
Sülh və Demokratiya Partiyasından bələdiyə sədri seçilən Osman Baydemir Diyarbəkirdə erməni mədəniyyətini canlandırmaq üçün erməni muzeyi açır. Osman Baydemir bəyan edib ki, bölgədə erməni mədəniyyətini canlandırmaq üçün muzeydə işlər sürətlə aparılır. O deyib ki, bu, Anadoluda tək erməni muzeyi olmaqla yanaşı, erməni mədəniyyətini və sənətini yaşadacaq. Baydemirin sözlərinə görə, küçələrə erməni adlarının verilməsi istiqamətində də işlər davam edir.
Qeyd edək ki, muzeyin inşası Diyarbəkir bələdiyyəsi tərəfindən aparılır. Bundan ruhlanan Diyarbəkir Surb Karikos Kilsəsi fondu şəhərin 20-ə yaxın məhəlləsində yerləşən 190 daşınmaz əmlakın ermənilərə qaytarılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Artıq Diyarbəkir bələdiyyəsinin dəstəyilə bu mülklərdən 17-si ermənilərə qaytarılıb.