
Hamid Məlikabadi iyulun 2-də 6 aylıq həbs cəzasını çəkmək üçün Sərab (Sarab) şəhərinin həbsxanasına salınıb. Qeyd edək ki, azərbaycanlı fəal 2012-ci il avqust ayında Sarab şəhərində həbs edilib. Bir neçə gün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Sarab şöbəsində saxlanıldıqdan sonra 40 min dollarlıq mülk girovu qarşılığında məhkəməyədək müvəqqəti azadlığa buraxılıb. Daha sonra Sarab İnqilab Məhkəməsində H.Məlikabadinin işinə baxılıb. Azərbaycanlı fəal hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirləndirilərək 6 ay azadlıqdan məhrum edilib.