
Türkiyədən tanınmış insanların iştirakı ilə keçən “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası kitabını”nən təqdimatında Azərbaycanın ziyalıları ilə bərabər, Türkiyənin tanınmış sənətçisi Ajda Pekkan, Samanyolu televiziyasının STV –nin rəhbəri Hidayət Karaca, Türkiyənin Meram bələdiyyə başqanı Sərdar Kalayçı və müavini, Konyanın 6 bölgəsinin bələdiyyə başqanı, “ Beynəlxalq Kərkük Kültür Dərnəyi” təşkilatının sədri Şəmsəddin Kuzəçi, Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma müşaviri Seyid Əhməd Arslan, KKTC-nin Azərbaycandakı təmsilçisi Sadettin Topukçu , KİV nümayəndələri iştirak ediblər.
Millət vəkili, dr Qənirə Paşayeva bildirib ki, kitaba uzun illərdir onun müxtəlif informasiya agentliklərində, qəzetlərdə və jurnallarda dərc olunan “Türk Dünyasını tanıyaq və tanıdaq” layihə çərçivəsinəsində yazdığı geniş məqalələr və yazılar daxildir. Bu çoxcildlik kimi nəzərdə tutulan nəşrin birinci cildi olub, millət vəkili Qənirə Paşayevanın Türkiyənin, Türk dünyasının 6 qədim və önəmli bölgələri Bursa, İznik, Bayburt, Amasya, İsparta və Karabük(Safraqnbolu) səfərlərini özündə ehtiva edən, maraqlı həyat müşahidələrinə, tarixi və canlı faktlara əsaslanan publisistik əsərlər toplusudur. Çoxcilidlik kitabın digər çildlərinə isə Türk dünyasının qədim və önəmli mərkəzləri, bölgələri haqqında millət vəkili, dr Qənirə Paşayevanın digər məqalələri daxil olacaq. Millət vəkili bildirib ki, kitabın gəlirindən əldə olunacaq bütün gəlir , bizim soydaşımız, İraq Türkmanı olan və atasız-anasız bir qızın ali təhsil alması üçün “ Beynəlxalq Kərkük Kültür Dərnəyi” təşkilatına bağışlayıb və çox çətin şərtlərdə yaşayan insanlarımızdan ən azı birinə kömək edə bilməyi özünə borc sayır və bir ali təhsil almaq imkanından məhrum olan atasız-anasız qızın ali təhsil alıb oradakı insanımıza xilmət edə bilməsinə yardımçı ola bilməyi özü üçün önəmli bir məsələ hesab edir və bütün imkanları insanları oradakı qardaş-bacılarımızı unutmamağa və çətin şərtlər altında yaşayan qardaş-bacılarımıza, oradakı insanımızın mədəniyyətinin, musiqisinin, təhsilinin inkişafına imkanlar daxilində yardımlar göstərməyə çağırıb.
“Beynəlxalq Kərkük Kültür Dərnəyi” təşkilatının sədri Şəmsəddin Kuzəçi bu kitabdan əldə olunan bütün gəlir İraq Türkmanı olan və atasız-anasız bir qızın ali təhsil alması üçün “Beynəlxalq Kərkük Kültür Dərnəyi bağışlanmasını çox yüksək qiymətləndirərək təşəkkürünü bildirib və çıxış edib.
Q.Paşayevanın müəllifi olduğu nəşrin redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və Sərvaz Hüseynoğludur.