Məmməd Azər
21 Azər qiyamı üzərində bir neçə söz

1939- da Alman nazistlərinin başlatdığı qanlı müharibələr  və soyqırımları,  nəhayət 1945 də Alman nazistlərinin məğlubiyyəti və ona qarşı savaşan güclərin müvfəqiyyətilə sona çatdı.

Öz kiçik dünyasında böyük röyalar yaşadan İran şahı, Rza Pəhləvi  də müttəfiqi Hitler kimi tarixin çöplüyünə atıldı.  Müttəfiqlər tərəfindən işğal olunan İranda keçici bir nəfəsalma şəraiti və demokratik bir mühit yarandı. Pəhləvilər sülaləsinin hakimiyyəti ələ aldığı gündən fars şovinizminin ən şiddətli, ən  irənc diktatorluğunun dalğalarına uğrayan Azərbaycan, dərhal və çox təbii olaraq, Azərbaycanlı aydınlar, o cümlədən ömrünün bir çox hissəsini Rza Pəhləvinin zindanlarında keçirmiş olan Seyid Cəfər Pişəvərinin öndərliyində “Azərbaycan Demokrat Firqəsini” yaratdı. Azərbaycan Demokrat Firqəsinin yaranması çox mühüm, mütərəqqi ve inqilabi bir hadisə idi. S. C. Pişəveri yazırdı ki, bu partiyanın şüarları çox aydın, konkret ve başa düşüləcək olmalıdı. Xalqa milli muxtariyyət, dil azadlığı, kəndli-mülkədar və fəhlə-sahibkar münasibətinin düzgün yola qoyulması, xalq hakimiyyətinin təmin edilməsi çox önəmlidir”. Ona göre de ADF-nin yaranması xalq tərəfindən böyük rəğbət ve ümidlə qarşılandı .

Qisa bir müddət içərisində, ADF-nin ilk bəyannaməsi nəşr olunduğu günden xalq kütlələri Təbrizə Firqənin və onun orqani olan “Azərbaycan” qəzetinin ünvanına göndərdikləri teleqram və məktublar vasitəsile Demokrat Partiyasına qoşulduqlarını bildirir və bu partiyaya qəbul olunmalarını xahiş edirdiler.  Hətta Tebrizdən, partiyanın mərkəzindən göstəriş gözləmedən müəssislər tərəfindən Azərbaycanın bir çox şəhər və vilayətlərində  partiyanın təşkilatlarını, onun proqramının ve nizamnaməsinin tələblərinə uyğun olaraq qurmağa başladılar, ilk partiya teşkilatları yaradıldı. 1945-ci il noyabrın əvvəllərinə qədər ADF-nin bütün vilayət və şəhər təşkilatlarında partiya konfransları keçirildi. Beləliklə Azərbaycan xalqı qisa bir müddət içərisində əlverişli şəraitdən yararlanaraq, bir kütləvi xalq partiyasını yaradıb və istəklərini İran hakimiyyətinə göndərdi..

İran hökuməti və fars şovinistləri tolerantli bir millət olmadıqlarına görə ən ibtidaii və insani tələblərə baş əyməyəcəklərini söylədilər.   

Firqə siyasətçiləri də bütün dünya siyasətçiləri kimi, böyük güclər qarşısında, öz hədəflərinə çata bilmək üçün dost və müttəfiq tapmağa məcbur idilər. Belə bir dostluq üçün əzilən xalqların üsyan bayrağını çiynində daşıyan və ikinci dünya savaşından qalıb çıxan sovyetlər birliyindən başqasını düşünmək qeyri məqul və zor bir işidi. O biri tərəfdən bütün jeopolitik vəziyyət, Azərbaycanın şimali hissəsinin sovyetlər birliyində yer alması və yaxın qonşuluq əlaqələri hamısı buna hökm edirdi.

Güney Azərbaycan üçün başda gələn hədəf əsasən fars istilasını qırıb, öz siyasi və ictimaii müqəddəratına hakim olub və nəhayət şimali Azərbaycanla birləşərək vahid və mustəqil vətini yaratmaq idi.

Azərbaycan siyasətçilərinin doğru strategiya və taktikaları nəticəsində Azərbaycan Milli və Demokratik hökuməti 12 dekabr 1945-ci ildə təsis olub və öz varlığını bütün dünyaya elan etdi. Azərbaycan parlamenti sürətlə işə başlayıb və yeni, modern və uyğar Azərbaycanı qorumaq üçün gecə-gündüz bilmədən çalişdi.

Hər şeydən öncə şayan diqqətdir ki, Azərbaycan özünü demokratik bir cümhuriyyət elan etdi. Ölkənin bütün sorunları fərdlər tərəfindən yox bəlkə parlament tərəfindən və demokratik üsullarla həll olunmalıydi. Ana Azərbaycan türkcəsi bütün məktəb və idarələrdə rəsmi dil halinə gəlib çox sürətlə inkişafa başladı. Qız və oğlan fərq qoymadan 6 yaşaına gələn hər bir azərbaycanlı uşaq üçün bəlli bir yaşa qədər məktəbə göndərilmək icbar halinə gəldi. Yüksək təhsilata böyük əhəmiyyət verilib, Təbriz üniversitesi təsis olundu.

Şah rejiminin sevərək bəslədiyi feodal sisteminə əl qoyub, torpaq üstundə yaşayanlara paylandı. Kişilər üçün tanınan haqlar, aynən qadınlar üçün də tanındı. Irticayı düşüncələrin yaratdığı fərqlər aradan götürüldü. Yeni iş sahələri açılaraq, Azərbaycanlı işsizlər ordusunun Tehran və digər böyük şəhərlərə köçməsinin az çox qabağı alındı. Ticarət və iqtisad sahəsində böyük atdımlar atıldı. Rüşvətxarlıq, Koropsiya, əxlaqi və idari fəsadla ciddi mübarizə aparıldı. Fərhəngi və ədəbi sahələrdə vaqeii bir rönesans yaşanıb bir il müddətində Azərbaycanın 50 illiyindən daha çox şer və ədəbi əsərlər çıxdı. Bunların hamisinin başında əlbəttə ki, Azərbaycan xalqının milli höviyyət və mədəniyyətini ortaya qoyan Milli Hökumətin elaniydi. Bütün bunlar nə Fars şovinizmi, nə Rus şovinizmi və nə də dünya irticası tərəfindən qəbul olunan bir şey deyildi.

2-ci Dünya müharibəsindən qalib çıxan dövlətlərin yeni rəqabət meydanının ilk qurbanlığı məhz Güney  Azərbaycan oldu. 10 minlərlə Azərbaycan türkü, deyişik cinayət yolları ilə öldürüldü. Yüz minlərcə Quzey Azərbaycana, Sibirə və İran adlanan ölkənin cənubi hissələrinə sürgün edildi. Müharibənin qalibləri Savaşdan sonraki ilk işbirliyi imzalarını Vətənimizin qara talei üzərinə atdılar. Bir millətin bağımsızlıq  arzusu və azad insan kimi yaşama çabaları irticaii güclərin, Əmperyalizm və Sosyalizmin ideolojik yarışının meydanında həll edildi.

 Beləliklə Amerika və İngiltərənin müstəqim dəstəyi və Rusların yaşıl çırağı ilə faşist İran rejiminin ordusu minlərcə faciə yaradaraq, 12 dekabr 1946 da Azərbaycana basqın etdi. Qəhrəman fədailərin şanlı müqaviməti nəhayət çox daha güclü və modern silahlara sahib olan bir ordu qarşısında qırılıb və Azərbaycan bir daha öz qanında boğuldu.

Vətən övladının aydın səhəri,

Azadlıq adlanan o gözəl pəri,

Doğuldu Azərin iyirmi birində,

Bir yaşı ötərkən al qan içində,

Boğuldu Azərin iyirmi birində.

Qapsadı qaranlıq pak öfüqləri,

Azərin iyirmi birində göyərdiç bitdi...

21 Azər qiyamının əhəmiyyəti Azərbaycan xalqı üçün düşünüldüyündən də daha yüksəkdir. Əlbəttə, Azərbaycanın güneyində milli qurtuluş mübarizəsinin dərin tarixi kökləri vardır. Səttarxan ve Bağırxanın simasında, Məşrutiyyət hərəkatı,  1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin öndərliyində Azadistan Dövlətinin qurulması Və bu mncadilələrin davamı olaraq,  1945-ci ildə Seyid Cəfər Pişəvəri rəhbərliyində ”Azərbaycan Demokratik Firqəsinin vasitəsilə Milli Hökumətin qurulmasıdır.   21 Azər hərəkatı Azərbaycan, xüsusilə də  Günüy Azərbaycan xalqının tarixində ən zirvədə yerləşən tarixi hadisələrin başıdır.

Bugün o gündən tam 70 il keçməsinə baxmayaraq, xalqımızin milli azadlıq və qurtuluş uğrunda apardığı mücadilə tam hiziyla davam etməkdədir.   

Azərbaycanın quzeyində 1989-cu ildə başlayan Milli Azadliq Hərəkatının 1991-ci ildə müsteqil Azərbaycan hədəfinin gercəkləşməsi və itirilmiş dövlət müstəqilliyinin bərpası ilə neticələnməsi Azərbaycanın güneyində milli hərəkatımızın yeni bir mərhələyə-Cağdaş Azərbaycan Milli Hərəkati mərhələsinə addım atmasına ciddi təkan vermişdir. Günümüzdə, 100 illik milli qurtuluş hərəkatı təcrübəsi ilə də zənginləşən Çağdaş Azərbaycan Milli hərəkatı kəmiyyətlə yanaşı, keyfiyyətcə də böyük bir aşama yetmişdir. Fars sovinizmi ve onun təzahür formalarından biri olan Iran Islam Cümhuriyyəti rejiminin basqılarına baxmayaraq, milli-mədəni müstəvidə ugurla davam edən bu hərəkatın bu gün tamamilə milli-siyasi bir xarakter alması Azərbaycanın güneyinin qurtuluşu uğrunda aparılan qutsal mücadilənin dərinliyini və zənginliyini açiqca ortaya qoymaqdadır.

əsas linklər