Məmməd Azər
Güney Azərbaycanda baş verən May Xordad qiyamının 9-cü il dönümü

1 Xordad, 22 may 2006, haray-haray mən türkəm bağıran millətimizin ayaqlanmasından 9 il keçdi.

9 il öncə millyonlar soydaşımız Təbriz başda olmaqla, Günüy Azərbaycanın bütün şəhərlərində küçələrə çıxaraq, fondamentalist fars rejiminə qarşı etrazını nümayiş etdirdi.

Ulu Azərbaycanın var oluşunu dünyaya çatdıran millətimizin fars şovinizminə sinəgərməsi düşməni bir daha şaşqınlığa sürüklədi. Fars şovinizmi Azərbaycanın ayaqda olmasını, fars-irançı apartayd düşüncəsinə qarşı ən güclü, demokratik və çağdaş alternativ olduğunu açıqcasına gördü.

Millətimiz, onlar şəhid, yüzlər yaralı, minlər tutuqlu və itkin versə də, əldə etdiyi qazancın ölçülməz dərəcə böyük olduğunu isbatladı. Baxmayaraq ki, panfarsizm irançı media, habelə özlərini demokrat sağ-sol adlandıran və demokratiyadan, sivil toplumdan, fərdi hüquqdan və insan haqlarından danışan iran mərkəzli quruluşlar bir yönlü olaraq, susub və bir daha isbatladılar ki, onların dedikləri bu aldadıcı sözlər qeyri-farsların mənafeyi yolunda yox, bəlkə fars millətinin mənafeyinə uyğun aparılır. Baxmayaraq ki, fondamentalist irançı rejimlə nər-taxta oynayan dünya mediası da susdu. Ancaq, millətimizə bağlı olan coxu fədakar mediamiz gecə gündüz bu boşluğu doldurmağa çalışdı. Günaz tv başda olmaqla bir çox media və internet səhifələri dayanmadan içəridən alan bilgiləri dünyaya yaymağa çalışdılar.

May ayaqlanması, millətimizə nələr gətirdi?

  • Millətimizin milli və demokratik göstərisi, fars şovinizminin nə qədər cahil və vəhşi olduğunu bir daha isbatladış bu ayaqlanma eyni zamanda Azərbaycan milli hərəkatının demokratik, çağdaş və barışcıl yollarla istəklərinə çatmasının nə dərəcə ağır olduğunu göstərdi. Düşmən, Azərbaycan Türk millətinin haqlı istəkləri qarşısında keçmiş pəhləvi rejimindən daha da artıq qan tökməyə hazır olduğunu göstərdi. Şovinist düşmən insan haqları, BMT qanunlarına, etniklərlə bağlı konvansiyonlara, millətlər arası sazişlərə və bu kimi yuzlərcə imza atdığı qərarlara etinasız davranmasını göstərərək, bundan sonra da çağdaş və insancıl siyasətlərlə uyum sağlamayacağını aydıncasına ortaya qoydu.
  • May göstəriləri millətimizin çağdaş hərəkatında mərkəz rəhbərliyinin olmadığını, var olan quruluşların da az etgili olduğunu üzə şıxartdı.
  • May ayaqlanmasında səslənilən sloqanlar (çüarlar) çağdaş Azərbaycan hərəkatının tam türkçü mövqeyini sərgilədi. Bu ayaqlanma, ən çarpıcı və düşməm sındıran “Təbriz Bakı Ankara, Farslar hara biz hara” şüarlarıyla türk düşüncə sistemi içində olduğunu, İran mərkəzli hər hanki baxışdan uzaq olduğunu tam ideolojik ölçüdə sərgilədi.
  • Millətimizin milyonluq milli ayaqlanmasının ən böyük qələbəsi Türk- Fars ilişkilərinin sınırının üzə çıxarılması idi. Bu milli ayaqlanma türk-fars ilişkisinin buhünkü formada davam edə bikmiyəcəyini aydıncasına fars şovinizminə çatdırdı. Millətimiz istər Təbriz, istər Urmu, istərsə də Ərdəbil, Sulduz, Mərənd, Xiyav, Zəngan kimi bir çox yerdə Haray haray mən türkəm şüarilə ideolojik mərkəzləşməsinin sürətlə böyüməsini dünyaya inandırdı.
  • Günüyin ayaqlanmasında İrançı, Federalçı və İran Türklüyü düşüncəsi bütünlüklə iflasa uğradı. Millətimizin verdiyi şüarlar, bir yönlü olaraq, İstiqlal, Bağımsızlıq və Günüy dövlətçiliyi, Bütöv Azərbaycan Birliyi üzərində qurulmuşdu.
  • Güney ayaqlanmasında ən çox səslənilən və plakartlarda gəzdirilən şüarlardan “Ya Qarabağ, ya Ölüm” və “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” idi. Bu şüar bir daha Günüeyin Milli Qurtuluş Hərəkatının bütövçü olduğunu, Bütövçülükdən vaz keçmiyəcəyini göstərdi.
  • Günüey ayaqlanmasını planlaşdırıb və onu yönləndirməkdə cəhd göstərən mərkəzlərin ən məsuliyyətli çabaları, hərəkatı avatoradan uzaq saxlaması idi. Bu mərkəzlər hərəkatın bölünməməsi yolunda böyük qeyrət göstərərək, avantoraya meylili olan hərhansı qurum bayrağı və şüarının ortaya gəlməsini və ayrımlıq yaratmasının qarşısını almışdır.

Əziz soydaşlar!

22 may qiamı, günüy Azərbaycan Millətinin bir daha fars hegomonluğu altında qalmiyacağını açıqcasına ortaya qoydu. Son illərdə may ayaqlanmasiyla formalaşan toplumsəllik ruhu yeni bir ictimaii hərəkatın yaranma siqinallarını verməkdədir.

Azərbaycan Milli Hərəkətının dünyəviləşməsinə yol açan bu yenı gərçək sözü “Traktor”  faktorudur.irqıçı rejimin qarasına və yaşılına yox deyən Azərbaycan türk milləti , özünün kəskin milli inancını “Traktor”un qırızı rəngiylə bəzək verərək millyonlar harayın bir araya gəlməsini sağlamış durumdadır.

Dünyanın idman mediyalarında ictimaii siyasal alanlara yol açan futbol diplomasiyası “Katalan-Barselona” gerçəyindən sonra “Azərbaycan-Traktor” faktoru ilə də tanış olmağa başlamışdır.

May ayaqlanmasının gətirdiyi Özgür və bağımsız olmağımız anlamının dərin fəlsəfəsi bağlarını kimsə unutmamalıdır. “ya öz olub ağa olmalısan, ya özgə olub qul olmalısan ”.

Qəhrəman millətimizin və Haray-Haray mən türkəm bağıran və düşmənə sinə gərib öz pak qanlarıyla şəhidlik zirvəsinə çatan gənclərimizin yandırdığı Xordad (May) məşəli, yaranacaq Müstəqil cə bağımsız Güney Azərbaycan dövlətinin gününədək yanacaq və hər gün böyüyəcəkdir.

Əziz həmvətənlərim!

Bügün, uca millətimizin iradəsi qarçısında baş əyir, 22 may münasibətilə canlarını fəda edən milli şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyib və sözlərimə ulu şairimiz Bulut Qaraçorludan iki misrala son verirəm.

Özgə çırağına yağ olmaq bəsdır,

Doğma ellərimiz qaranlıqdadır.

Yanıb-yandırmayaq yadın ocağın,

Evimiz soyuqdur, qışdır şaxtadır...  

 

Yaşasın Azərbaycan Türk Milləti

Yaşasın Güneyin may ayaqlandımasının şanlı xatirəsi...

DAK sedri

Məmməd Azər

əsas linklər

     

 

 

 

Döviz Kuru