Peskov rusiyalı deputatı Azərbaycana qarşı kəskin bəyanatlar verməməyə çağırıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana qarşı kəskin ifadələr işlədən Dövlət Dumasının deputatı Mixail Delyagini emosiyalarını cilovlamağa və Azərbaycana qarşı bu cür bəyanatlar verməməyə çağırıb.

Trend-in məlumatına görə, o bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Bu açıqlama şəxsi emosiyalar müstəvisində yer alan sözlərdir. Biz tərəfdaş ölkələrimizə qarşı bu cür bəyanatlardan qaçınmağa və emosiyaları cilovlamağa çağırırıq. Azərbaycan tərəfdaş ölkələrimiz sırasına daxildir", - D.Peskov deyib.

Qeyd edək ki, M.Delyagin Qarabağda vəziyyətin kəskinləşməsi fonunda Azərbaycanın neft infrastukturuna zərbə endirmək imkanı barədə fikirlər səsləndirmişdi.

əsas linklər