Güneydə ana dilində təhsillə bağlı kampaniya başladılıb

Güney Azərbaycanda məktəblərdə ana dilində təhsilin tərəfdarları parlamentin təhsil komissiyasının sədrinə məktubla müraciət ediblər.

Onlar ana dilində təhsilin asanlaşdırılması istiqamətində qanunların qəbulu üçün kampaniya başladıbblar.

Mövzunun tərbiyəvi və psixoloji tərəflərinə daha çox diqqət yetirilən məktubda ana dili farsca olmayan uşaqların məktəbəqədər və ibtidai sinifdən fars dilində dərs oxumaqlarının çox çətin olduğu bildirilir.

Təbrizin “Azərəncümən” saytının verdiyi məlumata görə, məktub müəllifləri və onu imzalayanlar uşaqların psixi sağlamlığı və rahatlığı üçün ana dilində təhsil haqqında qanunun qəbul edilməsini və fars dili dərslərinin fars ədəbiyyatı kimi kurslarla yanaşı tədris olunmasını istəyiblər.

Qeyd edək ki, məktub məclisin Təhsil Komissiyasının rəhbəri olan Təbriz, Tufarqan və Üskü şəhərlərinin İslami Şura Məclisindəki nümayəndəsi Əlirza Monadiyə xitabən yazılıb.

əlirza Munadi hər dəfə parlament seçkiləri öncəsi yenidən nümayəndə kimi parlamentə getmək üçün yüksək məbləğdə vəsait xərcləməklə yanaşı, təbliğat kampaniyası zamanı Azərbaycan dili və mədəniyyəti amilindəndə istifadə etməyə çalışır.

Ancaq parlamentə yerləşdikdən sonra verdiyi şüarlarla əlaqəli olan komissiyanın başına gətirilməsinə baxmayaraq bütün vədlərini unudub.

Bu, ona səs verən əhalinin narazılığı və etirazları ilə qarşılansada Əlirza Munadi bu günə kimi məsələ ilə bağlı parlamentdə hər hansı çıxış etməyib və təklif irəli sürməyib.

əsas linklər