Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin digər üzvləri ilə maraqlı fikir mübadiləsi apardıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdəki paylaşımında bildirib.

“Regional təhlükəsizlik məsələləri, regional əməkdaşlıq perspektivləri və Aİ ilə əlaqələr barədə danışdıq" - deyə nazir vurğulayıb.