Abbas Lisaninin ikinci məhkəmə iclası keçirilib, fəal aclıq aksiyasını şərti olaraq dayandırıb

İyunun 15-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində Güney Azərbaycan Milli Hərəkatının tanınmış mübariz fəalı Abbas Lisaninin ikinci məhkəmə iclası keçirilib.

 

Aclıq aksiyası ilə əlaqədar fəalın səhhətində yaranan problemə görə məhkəmə prosesinin davamı iyunun 17-nə təxirə salınıb.

 

Fəal məhkəmə tərəfindən irəli sürülən bütün ittihamları rədd edərək təhlükəsizlik orqanları və məhkəmənin təşkil etdiyi dosyeni Azərbaycanda gedən milli-mədəni hərəkatın istiqamətini dəyişdirməyə yönələn bir ssenarinin tərkib hissəsi olduğunu deyib. “Məhkəmə hərəkat və təşkilatın tərifini fərqiləndirməkdə səhvə yol verir. Azərbaycan Milli Hərəkatı millətin hüququnu tələb edən bir cərəyan kimi millətin müxtəlif təbəqələrinə söykənir. Milli Hərəkatda baş verən müxtəlif hadisələr göstərir ki, bu hərəkat dinc və təmami ilə mədəni bir cərəyandır və belə də olacaq.”- deyə o məhkəmə iclasında bildirib.

 

Lisani ailəsi ilə birlikdə məhkəməyə gedən bir çox mədəni fəal iclasın sonunda ona aclıq aksiyasının dayandırması ilə bağlı ümumi tələb olduğunu çatdırıblar. Bundan sonra Abbas Lisani aksiyasını şərti olaraq dayandırıb. O bildirib ki, əgər məhkəmə prosesi qanuna uyğun və ədalətli şəkildə aparılmasa, yenidən aclığa başlayacaq və proses düzgün aparılmayana qədər aksiyasını davam etdirəcək.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O artıq 5 aydan çoxdur ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Ərdəbil prokurorunun müavini hazırladığı iddianamədə fəala qarşı əsası olmayan 4 ağır ittiham irəli sürüb.

Tanınmış fəal məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosye ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-dən aclıq aksiyası keçirirdi.

əsas linklər

     

 

 

 

Döviz Kuru