Güney azərbaycanlı şagirdə 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub

Cənubi Koreyanın İnçeon şəhərində keçirilən 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin (WMI - World Mathematics Invitational) qalibləri müəyyən olub.

 

Məlumata görə, Güney Azərbaycanın Urmiyə şəhərindən olan Zəhra Zaviyə müsabiqədə birinci yeri tutub, o qızıl medalına layiq görülüb.

 

Bu barədə Urmiyənin 1-ci Məntəqə Təhsil Şöbəsinin rəisi Qəhrəman Əşrəf Nəcəfabad “İrna” xəbər agentliyinə məlumat verib.

 

“Urmiyə şəhərindən olan Zəhra Zaviyə İran şagirdləri komandasının üzvü kimi elmi rəqabətdə qızıl medala layiq görüldü. O Urmiyənin “Fərzanəqan” orta məktəbinin şagirdidir”- deyə Təhsil Şöbəsinin rəisi qeyd edib.

 

Azərbaycanlı şagirdlər hər zaman xüsusi istedadları ilə seçiliblər, lakin İran rejiminin təkdilli təhsil sistemi ana dilində təhsil almağa mane olduğu üçün, onların elmi sahədə irəlləməsinə müəyyən problemlər yaradır. Azərbaycan türk milləti bu maneəni aradan qaldırmaq üçün uzun illərdir mübarizə aparır, lakin hələlik bu istiqamətdə heç bir dəyişiklik yoxdur.

əsas linklər

     

 

 

 

Döviz Kuru