Təbrizdə 120 ağacın kəsilməsi etirazlara səbəb olub

Təbrizdə bir yaşıl zonada 120 ağacın kəsilməsinə əhali arasında reaksiyaların artmasının ardından bəzi siyasətçilərin də etiraz səsi yüksəlib.

Bir neçə gün öncə Təbrizin Zəfəraniyyə məhəlləsində məhkəmə hökmü ilə bir yaşıl zonada 120 ağac kəsilib. Ağacların kəsildiyi zaman polis qüvvələri də ərazidə hazır olublar.

Bu haqda İSNA və İLNA kimi xəbər agentlikləri məlumat yayıblar.

Tənqidlərin hədəfində olan Təbriz bələdiyyəsi ərazinin daha əvvəl bələdiyyənin nəzarətindən çıxarıldığını irəli sürür.

Yayımlanan məlumata görə, həmin ərazinin funksiyası daha əvvəl şəhərsalma idarəsi tərəfindən yaşıl zonadan yaşayış sahəsinə dəyişdirilib.

Bu olaydan sonra Təbriz millət vəkili Zəhra Sai yaşıl zonaların məhv edilməsini məclisdə gündəmə gətirib.

əsas linklər

     

 

 

 

Döviz Kuru