“Təbriz” adının saxtalaşdırılaraq təhrif edilməsi azərbaycanlı fəalların sərt etirazı ilə qarşılanıb

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi sayılan Təbrizdə, şəhərin adının saxtalaşdırılaraq “Tavrij” kimi bir tabloda yazılması, azərbaycanlı fəalların sərt reaksiyası ilə qarşılanıb.

 

Bildirilir ki, Təbriz İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Turizm” və “Trafik” təşkilatlarının martın 11-də şəhərin Əhər-Təbriz yolu istiqamətində quraşdırdığı tablolardan birində, Azərbaycanın qədim paytaxtı sayılan Təbrizin adı saxtalaşdırılaraq “Tavrij” kimi təqdim edilib. Belə ki, üzərindəki yazılara görə üç hissəyə bölünən tablonun ortasındakı narıncı hissədə, “Bowling Təbriz” ifadəsindəki “Təbriz” sözü təhrif edilərək, “Bowling Tavrij” kimi yazılıb. Bu isə azərbaycanlı fəalların kəskin etirazına səbəb olub.

 

Qeyd olunur ki, təbrizli fəallar, həmin tabloda yazılmış “Tavrij” sözünü qaralamaqla, şəhər İcra Hakimiyyətinə bağlı qurumların bu özbaşınalığına etiraz bildiriblər. Həmçinin, azərbaycanlı İnternet istifadəçiləri sosial şəbəkələrdə “Təbriz Kürdüstan olmaz, Təbriz əbədi Təbriz olaraq qalacaq və Tavrij saxta bir sözdür” haştaqları yaradaraq, İran rəsmilərinin bu saxtakarlığına və onların Azərbaycanın milli varlığına qarşı öz iyrənc niyyətlərini həyata keçirilməsinə etirazlarını bildiriblər.

 

Xatırladaq ki, İran hökumətinin dəstəklədiyi bir çox saytlarda, o cümlədən də “Parsi-wikipedia” və “Vajehyab” kimi lüğət saytlarında, eləcə də “Sepah”a və kürdlərə yaxın bəzi terrorçu qruplaşmalara bağlı saytlarda, Təbrizin sözü saxtalaşdırılaraq, onun, üzdəniraq qədim ari (Ariya), kürd və erməni adı olduğu iddia edilir və “Tavrij” kimi təqdim edilir.

 

 

əsas linklər

     

 

 

 

Döviz Kuru