Xaricə köçmüş bəzi azərbaycanlı jurnalistlər “reketlik” edirlər

“Bu gün Azərbaycandan xarici ölkələrə köçüb jurnalistika ilə məşğul olan, xüsusilə Azərbaycan dilində sayt yaradan bəzi jurnalistlərimiz var ki, onlar “reketçilik”lə məşğuldurlar”.

Bu sözləri Modern.az-a açıqlamasında Mətbuat Şurasının Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının üzvü Elşad Eyvazlı deyib.

O bildirib ki,sözügedən məsələ ilə bağlı ona müraciət də olunub:


“Təssüflər olsun ki, xaricə üz tutub orada yaşayan junalistlərin bəziləri “reketlik” yolunu tuturlar. Biz həmin şəxslərin xarici jurnalistlərlə birgə fəaliyyətdə dünyəvi jurnalist olmalarını və Azərbaycan jurnalistikasına möhür vuracaqlarını gözlədiyimiz halda, görünür ki, onlar tamam başqa istiqamətə yönəliblər.  Bununla bağlı şəxsən mənə müraciət edilib və əlimizdə ciddi faktlar var. Mən bu faktları yaxın vaxtlarda Mətbuat Şurasına təqdim edəcəm.

Həmin adamlara da sizin vasitənizlə bildirmək istəyirəm ki, tutduqları bu iş doğru deyil. Hər hansı xarici ölkədə Azərbaycan dilində sayt yaradıb, insanları şantaj etməklə yaşamaq doğru yol hesab olunmur və belə fəaliyyət mənfi nəticələr verəcək. Onlar vaxtında bu yoldan çəkinməlidirlər, əks təqdirdə ifşa olunacaqlar və bu da, təbii ki, onlara başucalığı gətirməyəcək”.

əsas linklər

     

 

 

 

Döviz Kuru