Tanınmış xəttat Abbas Köçəri Xoyda həbsdədir

Tanınmış xəttat Abbas Köçərinin yanvarın 1-də Qərbi Azərbaycan vilayətinin Xoy şəhərindəki evində nəzarət altına alındıqdan bəri həbsdə olduğu bildirilir.

HRA agentliyi və İran Azərbaycanına dair xəbər yayan internet portallarının məlumatına istinadən, İranın təhlükəsizlik qüvvələri məşhur sənətkarın evini təftiş etdikdən sonra onu saxlayıblar.

Onun hazırda harada saxlanıldığı və hansı səbəblə tutulduğuna dair məlumat verilməyib.

Abbas Köçərinin türkcə xəttatlıq əsərləri “Elimin Sözləri” adı ilə bir antologiya şəklində nəşr edilib. Xəttatlıq müəllimi kimi fəaliyyət göstərən sənətkar həmçinin “Şəmsi Təbrizin İşarələri” antologiyasının müəəlifidir.

Köçəri keçən illərdə dəfələrlə Təbriz, Urmiyə və Xoy şəhərlərində təşkil etdiyi sərgilərdə əsərlərini nümayiş etdirib.

əsas linklər

     

 

 

 

Döviz Kuru