DAK nümayəndə heyəti Gürcüstan Parlamentindəki görüşlər keçirib

 

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Asif Kurban başda olmaqla, DAK İdarə Heyətinin üzvü Xaqani Qayıblı və DAK-ın Gürcüstan Nümayəndəsi Leyla Məmmədova Gürcüstan Parlamentində bir neçə komitə sədrləri və deputatlarla rəsmi görüşlər keçiriblər.

DAK Mətbuat Xidmətindən verilən xəbərlərə görə Əslən Borçalı Türklərindən olan Gürcüstan Parlamentinin millət vəkili Əli Məmmədovun təşkilatçılığı ilə baş tutan görüşlərdə əsasən Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdikləri bir çox problemlər müzakirə olunub.
 
İlk görüş Gürcüstan və Azərbaycan parlamentlər arası dostluq qrubunun rəhbəri Zurab Mekaladze ilə baş tutub. 
 
Bu görüşdə DAK sədri Asif Kurban Gürcüstan və Azərbaycanın oxşar talelər yaşadıqlarını - hər iki dövlətin ərazilərinin başqa dövlətlər tərəfindən işğal olunduğunu vurğulayaraq, bu xüsusda siyasi və içtimai təşkilatlarımızın bir-birinə dəstək vermələrinin zəruriliyindən danışıb. 
 
Asif Kurban  Gürcüstan Parlamenti İqtisadiyyat Komitəsinin sədri olan cənab Zurab Tkamaladzeilə görüşdə soydaşlarımızın məişətdə qarşılaşdıqları bir sıra maddi problemlərə diqqət göstərmələrini və lazımı tədbirlərin görülməsini vuğulayıb.

DAK İH üzvü, eyni zamanda DAK Mətbuat Xidmətinin rəhbəri Xaqani Qayıblı görüşdə Azərbaycanlıların kompakt yaşadıkları Kvemo Kartili bölgəsinin Ermənistanla sərhəd olan kəndlərində bir sıra xoşagəlməz hadisələrin yaşandığını dilə gətirməklə yanaşı, həm də soydaşlarımızın yaşadıqları əksər kəndlərdə içməli və suvarma suların olmadığını, otlaq sahələrinin qeyri-qanuni olaraq zəbt edildiyini və bu problemlər üzündən Gürcüstanda yaşayan azərbaycanlıların həyat şəraitlərinin ürək açan olmadığına diqqət çəkib.
 
İkinci görüş Gürcüstan Parlamenti Yerli Özünüidarəetmə və Regional İnkişaf Komitəsi sedri İrakli Tripolski ilə olub. 
 
DAK sədri Asif Kurban bu görüşdə azərbaycanlı iş adamlıarının son illərdə Gürcüstana qarşı artan maraqlarından və  iş adamlarının artıq bu ölkəyə yatırdıqları sərmayələrdən söhbət açıb. 
 
Ölkəyə yatırılan sərmayələrdən xəbərdar olduğunu deyən komitə sədri, bundan sonra qoyulan sərmayələrin daha da intensivləşməsi üçün əllıərindən gələn köməkliyi əsirgəməyəcəklərini və azərbaycanlı iş adamlarına xüsusi diqqət göstərəcəklərini deyib.
 
Uzun illərdir Estoniyanın Tartu Universitetində çalışan Xaqani Qayıblı Gürcüstanda yaşayan yeni nəsil soydaşlarımızın gürcü dilinə maraqlarından və artıq onların bu dilində universitet təhsili aldıqlarından danışıb. 
 
Bu gənclərin gələcəkdə dövlət strukturlarına cəlb olunmasında köməklik göstərmələrini və növbəti görüşlərində yardımcısının gənc azərbaycanlı olacağına ümidli olduğunu dilə gətirib. Bunun müqabilində komitə sədri ondan bu xüsusda yardımcı olmasını xahiş edib: “Lütfən bu işdə mənə kömək edin. Gürcü dilini mükəmməl bilən tanıdığınız gənc iqtisadçı varsa mənim yanıma göndərin”. 
 
Görüşlərdə Güneydə yaşayan qırx milyonluq azərbaycanlılara rejim tərəfindən tətbiq edilən təzyiqlərə və son illərdə Urmu gülünün bilincli olaraq qurudulmasına qarşı lazım olan yerlərdə haqqın tərəfində olmaları və azərbaycanlıların üzləşdikləri haqsızlıqlara seyirci qalmamalırı da dilə gətirilib.
 
Səmimi dostluq səviyyəsində baş tutan görüşlərin sonunda, komitə sədrləri və görüşdə iştirak edən millət vəkilləri bundan sonra daha da aktiv şəkildə əməkdaşlıq etmək üçün DAK-ın Gürcüstandakı nümayəndəliyi və bu nümayəndəliyin sədri Leyla xanım Məmmədova ilə müntəzəm əlaqa saxlayacacaqlarına söz veriblər. 
 
Görüşün sonunda DAK sədri Komitə sədrinə Qarabağ   xanəndələrinin ifasından ibarət audiodisk hədiyyə edib.

 

 

əsas linklər

     

 

 

 

Döviz Kuru