Dünya Azərbaycanlıları Konqresinin qurultayında yeni sədr seçilib - Fotolar

Belçikanın Brüssel şəhərində Dünya Azərbaycanlıları Konqresinin(DAK) 14-cü qurultayı keçirilib. 

Qurultayda qurumun fəliyyəti, gələcəkdə atılacaq addımlar və digər məsələlər müzakirə olunub. 

Bununla yanaşı, qurultayda DAK-ın 2 illik müdətinə sədri seçilib. DAK-ın yeni sədri qurumun bu günə qədər sədr müavini vəzifəsində çalışan Türkiyədə Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurban seçilib.

Qurulltayda Konqresin yeni İdarə heyəti də formalaşıb. Diasporanın fəaliyyətində önəmli yeri olan Teymur Eminbəyli, Əhməd Obalı, Xaqani Qayıblı, Kamal Fatimə, Məmməd Azər, Səyavuş Yusifli, İlhan Aşkın İdarə heyətinə üzv seçiliblər.

DAK-ın yeni sədri Asif Qurban mətbuata verdiyi açıqlamada üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:

"Məsuliyyətin nə qədər ağır olduğunu dərk edirəm. Bütün qüvvəmizlə səfərbər olaraq millətimizə xidmət etməyə çalışacağıq".

əsas linklər

     

 

 

 

Döviz Kuru