Brüsseldə Ermənistan səfirliyinin qarşısında “Xocalıya ədalət” aksiyası keçirilib - FOTO+VİDEO

Xocalı faciəsinin 24-cü il dönümü ilə bağlı Belçikanın Brüssel şəhərində  Dünya Azərbaycanlıları Konqresinin və Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.

NewsAze xəbər verir ki, Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında keçirilən etiraz aksiyasında ''Erməni terrorunu lənətləyirik" və ''Xocalıya ədalət istəyirik" şüarları səsləndirilib.

Aksiyada iştirak edən insanlar tərəfindən ermənilərin 1992-ci ildə Xocalının dinc sakinlərini vəhşicəsinə öldürməsi, dinc insanları əsir götürülüb vəhşicəsinə qətlə yetirmələri pislənilib.

Aksiyada Belçika, eləcə də yaxın ölkələrdə yaşayan həmyerlilərimiz, Azərbaycan və Türkiyədən olan soydaşlarımızla yanaşı müxtəlif qeyri-hökümət təşkilatlarından nümayendələr   Asif Qurban, Ayhan Dəmirci, Fatma Səfiyeva, Siyavuş Yusufli, Xəqani Qayıblı və başqaları  iştirak ediblər.

Dünya Azərbaycanlıları Konqresi Sədr Müavini, Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurban bildirib ki, mitinq istənilən səviyyədə baş tutub: "Düşmənə mesajımızı çatdırdıq. Erməni səfirliyinin əməkdaşları qorxaq kimi binanın pəncərəsindən aksiyamızı videokamera ilə çəkirdilər."

http://yenihaber.be/main/wp-content/uploads/2016/02/Asif-Kurban-2a.jpg

http://yenihaber.be/main/wp-content/uploads/2016/02/Siyavu%C5%9F-Yusufli-1a.jpg

http://yenihaber.be/main/wp-content/uploads/2016/02/Hocal%C4%B1-B-3A.jpg

http://yenihaber.be/main/wp-content/uploads/2016/02/Hocal%C4%B1-B-15a.jpg

http://yenihaber.be/main/wp-content/uploads/2016/02/Hocal%C4%B1-B-2.jpg

http://yenihaber.be/main/wp-content/uploads/2016/02/Hocal%C4%B1-B-14a.jpg

 http://videochart.net/video/9y777.395060695169e3ba367263fabaed

əsas linklər

     

 

 

 

Döviz Kuru